DataLife Engine / Türkiyəyə görə Rusiyada tətil qiymətləri ucuzlaşa bilər

Türkiyəyə görə Rusiyada tətil qiymətləri ucuzlaşa bilər

Rusiya tur operatorları Türkiyə ilə sərhədlərin açılmasına görə ölkənin kurort şəhərlərində tətil qiymətlərini endirə bilər.

“Business FM” xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Birliyinin (ATOR) vitse-prezidenti Dmitri Qorin bildirib.

Onun sözlərinə görə, xarici istiqamətlərə uçuşların bərpa edilməsi rəqabətin meydana çıxması baxımından və yerli turistlər üçün çox yaxşı xəbərdir.

“Elə bir vəziyyətlə qarşılaşmışıq ki, məşhur dənizkənarı kurortlarımızdakı dördulduzlu-beşulduzlu hotellər kateqoriyasından iyul-avqust ayları üçün sadə bir şey təklif edə bilməyəcəyik”, - deyə o bildirib.

Qorin qeyd edib ki, bəzi premium hotellər qiymətəri yüz faiz artırsalar da, Türkiyə ilə sərhədlərin açılışından sonra qiymətləri bazar şərtlərinə uyğunlaşdırmaq və azaltmaq məcburiyyətində qalacaqlar.
22-06-2021, 08:20
Вернуться назад