DataLife Engine / Kamala Harris: “Yeni dövrə qədəm qoyuruq”

Kamala Harris: “Yeni dövrə qədəm qoyuruq”

Dünya ictimaiyyəti prinsipial cəhətdən yeni inkişaf mərhələsinə qədəm qoyub və ABŞ təhlükələrdən müasir müdafiə üsulları tapmalıdır.

TASS xəbər verir ki, bunu ölkənin vitse-prezidenti Kamala Harris Annapolisdəki Hərbi Dəniz Qüvvələri Akademiyası məzunları qarşısında çıxışı zamanı bəyan edib.

“Biz yeni dövrə qədəm qoyuruq. Öz yeni sınaqları, yeni çağırışları və yeni imkanları olan bir dövrə. Pandemiya əvvəllər cərəyan edən prosesləri daha da sürətləndirdi. O, bizim yeni dövrə keçidimizi tezləşdirdi, dünyamıza, baxışlarımıza ədəbi olaraq təsir göstərdi. Hakerlər dəstəsi bütün sahil boyu yanacaq tədarükünü dayandıra, bir ölkənin karbon tullantıları bütün dünyanı təhlükə altına ata bilər. Bizim yaşadığımız yeni dövr belədir. Özündən əvvəlkilərin heç birinə bənzəmir”, - deyə Harris bildirib.
29-05-2021, 11:23
Вернуться назад