DataLife Engine / Həkimdən qadınlara kosmetika məsləhəti.

Həkimdən qadınlara kosmetika məsləhəti.

Rusiyalı həkim-oftolmoloq qadınlara keyfiyyətsiz kosmetikaların təhlükəliliyi barədə məlumat verib.

“Moskva” agentliyi xəbər verir ki, Aleksey Yeqerov köhnəlmiş kosmetik vasitələrin müntəzəm istifadəsinin quru göz sindromunun inkişafına səbəb ola biləcəyini deyib.

Onun sözlərinə görə, kosmetikanın gözlərin selikli qişasına düşməsi vəziyyəti ağırlaşdırır.

Həkim qeyd edib ki, göz qələmi və ya kölgəsinin gözün uclarına çəkilməsi göz yaşının yaranmasında rol oynayan meibomian vəzinin disfunksiyasına səbəb olur.

Bir qayda olaraq belə xəstəlik ən çox böyük şəhərlərin sakinlərində olur.

Yeqorov bildirib ki, kondisionerlər və ofis avadanlığı insanın göz bəbəyinə ziyan vurur.
8-08-2020, 03:20
Вернуться назад