Böyük Elm Fədaisi
Böyük elm fədaisi

Ömür yoluna nəzər salanda zəngin bioqrafiyaya malik olan əslən Füzulili olan Əli Nuriyev haqqında söz açmaq əslində çox cetindir. Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik
Əli Nuriyev (Nuriyev Əli Xudu oğlu; d. 26 iyun 1939, Azərbaycan SSR, Füzuli rayonu, Horadiz) — Yeni Azərbaycan Partiyasının üzvü (2005), İqtisad elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (30.06.2001).
Əli Nuriyev 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin iqtisad fakultəsini "Maliyyə-kredit" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1969-cu ildə Akademik Asəf Nadirovun rəhbərliyi altında "Aşağı Kür-Araz sənaye kompleksi və onun gələcək inkişaf yolları" mövzusunda dissertasiya müdafiə edərək "Məhsuldar qüvvələrin yerləşməsi, SSRİ rayonlarının iqtisadiyyat ixtisası (08.00.04) üzrə i.e.namizədi alimlik dərəcəsi almışdır, 1977-ci ildə ona həmin ixtisas üzrə "böyük elmi işçi" elmi adı verilmişdir. Əli Nuriyev 1991-ci ildə SSRİ Ali attestasiya komitəsi tərəfindən təşkil olunmuş bir dəfəlik şürada "Yeni təsərrüfatçılıq şəraitində müttəfiq Respublikanın xalq təsərrüfatının ərazi quruluşunun təkmilləşməsi" Azərbaycan Respublikasının timsalında mövzusunda dissertasiya müdafiə edərək 08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili (sənaye); 08-00-04 - SSRİ rayonlarının iqtisadiyyatı, məhsuldar qüvvələrin yerləşməsi ixtisasları üzrə i.e.d. alimlik dərəcəsi almışdır. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş, 2005-ci ildə ona "Dövlət İdarəetməsi və menecment" kafedrası üzrə professor elmi adı verilmişdir.
1963-cü ildə Naxçıvan şəhər Maliyyə şöbəsində böyük iqtisadçı, 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin "Siyasi iqtisad" kafedrasında baş laborant, 1965-ci ildə AMEA-nın İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, 1966-1968-ci illərdə əyani aspirant, 1969-1972-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, 1972-1979-cu illərdə Naxçıvan Elm mərkəzində İqtisadiyyat şöbəsinin müdürü, 1974-1979-cu illərdə ictimai əsaslarla həm də tarix şöbəsinin müdürü, 1980-1981-ci illərdə ÜİKT Elmi-Tətqiqat İnstitutunun Azərbaycan filialında elmi hissə üzrə direktor müavini, 1982-1989-cu illərdə Sumqayıt Sənaye İnstitutunda dosent, 1989-1991-ci illərdəAMEA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi, şöbə müdirinin müavini, 1992-2002-ci illərdə şöbə müdiri, 2002-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Geostrateji Araşdırmalar Mərkəzinin direktoru vəzifələrində işləmişdir. 2012-ci il iyul ayından həmin Akademiyada "Regional iqtisadi və sosial araşdırmalar" institutunun direktoru vəzifəsində işləyir.
Əli Nuriyevin yaradıcılığı özünün geniş praktiki tətbiqini tapmışdır. 1990-1992-ci illərdə yeni inzibati rayonların yaranmasında onun konsepsiyası əsas material kimi istifadə olunmuşdur. Onun təklif etdiyi iqtisadi-coğrafi rayonlaşma şəbəkəsi 1995-ci ildən başlayaraq elmi-tədqiqat işlərində, tədris sistemində istifadə olunur. Regionların sosial-iqtisadi inkişaf Dövlət proqramlarında (2004-2008, 2009-1013, 2014-1018) onun iqtisadi rayonlaşma şəbəkəsi və digər təklifləri yer almışdır.

Ə.X.Nuriyev 70-ci illərdə Naxçıvan Elm Mərkəzində Muxtar Respublikanın rəhbər orqanları ilə sıx əlaqədə işləyərək iqtisadiyyatın kompleks inkişafı problemlərini tədqiq etmiş və onların həlli istiqamətində əsas hissəsi praktiki tətbiqini tapmış təkliflər verilmişdir. Eyni zamanda o, həm 70-ci illərdə, həm də sonrakı dövrdəNaxçıvanda ictimai elmlərin inkişafı və elmi dərəcəsi olan kadr təminatının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli xidmətlər göstərmişdir.
Elmi dərəcəsi olan kadr hazırlığı
Bilavasitə Əli Nuriyevin rəhbərliyilə 22 nəfər namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, 3 nəfər müdafiə üçün növvədə dsyanmışdır. Bununla bərabər o, 18 ildən çox müddətə qeyri-ixtisas sahələrində (tarix, ticarətin iqtisadiyyatı, siyasi idarəetmə, beynəlxalq münasibətlər) elmi-tədqiqat işlərinin icrasında bilavasitə rəhbərlik etmiş və onun icrasına rəhbərlik etdiyi mövzulardan çoxsaylı dissertasiyalar müdafiə olunmuşdur, 5 nəfərin elmi rəhbəridir.
Pedaqoji fəaliyyəti
Məhsuldar elmi fəaliyyətlə yanaşı, Əli Nuriyev 50 ildən artıqdır ki, Respublikanın müxtəlif ali məktəblərində dərs deyir, müxtəlif fənnləri tədris edir. Onun “Diplom layihələrinin iqtisadi əsaslandırılmasına” dair metodik göstərisi (M. Ələmmədovla həm müəllif, energetika, avtomatika, mexanika fakultəsinin 0302, 03.03 ixtisası tələbləri üçün Bakı-1986) 30 ildən çoxdur ki, energetika ixtisası üzrə diplom layihələrinin texniki-iqtisadi əsaslandırılmasında müvəffəqiyyətlə istifadə olunur.

Əli Nuriyev Azərbaycanda Regional idarəetmənin nəzəri əsaslarını yaratmışdır. Onun bir neçə dəfə nəşr olunmuş “Regional siyasət və idarəetmənin əsasları” kitabı (Bakı-2004, 2007, 2011), və tədris proqramları 2004-cü ildən başlayaraq Respublikanın əksər ali məktəblərində Regional İdarəetmə, Regional siyasət fənnlərinin tədrisində əsas dərslik kimi istifadə olunur. Əli Nuriyev 2002-2011-ci illərdə Dövlət İdarəçilik Akademiyasında elmi-tədqiqat işlərinin istiqamətlərini, problemləri müəyyənləşdirmiş, elmi-tədqiqat işlərinin planlaşdırılması və icrasına ictimai əsaslarla rəhbərlik etmiş, rektor professor S. Qəndilovun ümumi rəhbərliyi altında 2003-cü ildə “Dövlət İdarəçiliyi: nəzəriyyə və təcrübə” jurnalının nəşrini təşkil etmiş, f.e.d. Vəli Həbiboğlu ilə birlikdə və 2007-ci ilədək və 2007-ci ilədək bu jurnalda baş redaktorun müvini olmuşdur. O, Dövlət İdarəçilik Akademiyasında elmi-praktiki konfransların, elmi seminar və sessiyaların keçirilməsinin əsas təşkilatçılarından biridir. Əli Nuriyev AMEA-nın Naxçıvan Bölməsində və İqtisadiyyat İnstitutunda doktorluq və namizədlik alimlik dərəcəsi verən İxtisaslaşdırılmış dissertasiya müdafiə şuralarının üzvü, 2002-ci ildən AMEA-nın İqtisadiyyat İnstitutunda Dissertasiya şurası nəzdində elmi seminarın sədridir.O, bir neçə dissertasiyanın müdafiəsinə sədrlik etmişdir. Əli Nuriyev bir çox Respublika və Beynəlxalq elmi konfranslarda Azərbaycan İqtisad elmini ləyaqətlə təmsil etmiş, çoxsaylı monoqrafiya və digər əsərlərin redaktoru olmuşdur. "Dövlət idarəçiliyi: nəzəriyyə və təcrübə", "AMEA-nın Xəbərləri (iqtisadiyyat seriyası)", "Kooperasiya", “Təfəkkür”, “Azərbaycanın vergi xəbərləri” elmi-nəzəri jurnallarının redaksiya heyətinin üzvüdür.
Dövlət və ictimai qurumların təltifləri
Ulu Tanrı alimlərimizi və üləmalarimizi qorusun amin amin amin.

Son xəbərlər

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb

Hakan Fidan: “Azərbaycan Qafqazın yeni doğan günəşidir”

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB + FOTO

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - FOTO

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər - FOTO

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi - FOTO

Ərdoğan Zelenski ilə görüşdü

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər