Azərbaycanın Ziyalısı Şövqi Göyçaylı » İnterxəbər.Az
interxeber.az » Müsahibə » Azərbaycanın Ziyalısı Şövqi Göyçaylı


Azərbaycanın Ziyalısı Şövqi Göyçaylı

5-03-2019, 11:45
Oxunub: 140
Çap et
Azərbaycanın Ziyalısı Şövqi Göyçaylı
Şöhrət ordenli alimlərimiz alimlərin ən ulusudur. Beləki,Göyçaylı Şövqi Yusifziya oğlu hazırda BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində Coğrafi ekologiya kafedrasının müdiridir. Onun rəhbərlik etdiyi kafedrada bir qayda olaraq hər bir qayğı, hər bir elmi xidməti insan amilinin inkişafının bariz nümunəsidir. Necə ki, Ulu öndərimiz Heydər Əliyev demişdir. Mən həmişə Azərbaycan alimlərinə güvənmiş, onlarla fəxr etmişəm üləmalarimiz daim bizim yardimçimiz olmuşdur.
Bizdə interxəbər olaraq
Böyük alim Şövqi Göyçaylıya bu dolğun həyatda uğurlar diləyirik.
Elə buna görədə bu zəngin büsbütün həyati bioqrafiyasını sizlərə təqdim edirik.
Göyçaylı Şövqi Yusifziya oğlu
1935-ci il mayın 20-də Şəkidə anadan olmuşdur. 1943-1953-cü illərdə Göyçay şəhərində orta məktəbdə təhsil almışdır. 1953-1958- ci illərdə BDU-nun Geoloji-Coğrafiya fakültəsində İqtisadi – coğrafiyaçı ixtisasına yiyələnmiş,1961 – 1963 – cü illərdə İqtisadi coğrafiya kafedrası üzrə aspiranturada təhsilini davam etdirmişdir. 1962-ci ildən BDU-da çalışır. 1962-1980-cı illərdə İqtisadi-coğrafiya kafedrasında laborant, müəllim, dosent vəzifələrində işləmiş, 1981-ci ildən Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (2010-cu ildən Coğrafi ekologiya adlanan) kafedrasının müdiridir. Ailəlidir, iki övladı, 3 nəvəsi var.
- Bir neçə illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin birləşmiş elmi metodik və Coğrafiya üzrə elmi metodik şuralarının üzvü və Ekologiyanın Elmi metodik şurasının sədri olmuşdur.
- Təhsil islahatı dövründə orta məktəblər üçün coğrafiya dərsliklərinin yazılması ilə əlaqədar yaradılmış komissiyanın sədr mavini olmuşdur
- AMEA – ın akad.H.Ə.Əliyev adına Coğrafiya institutunda müdafiə şurasının həmsədri olmuş, BDU – nun Təbiət elmləri üzrə elmi xəbərləri üzrə redaksiya heyətinin üzvü təyin edilmişdir.
- 1980-2000-ci illərdə Ali Sovetin və sonralar Milli Məclisin iclaslarında Ekologiya və Ətraf mühiti mühafizəyə dair qanunların müzakirəsində iştirak etmişdir.
- Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasında Yer elmləri üzrə ekspert şurasının üzvüdür.

ELMİ DƏRƏCƏLƏRİ VƏ ELMİ ADLARI:
1965 – «Azərbaycan SSR-in kənd əhalisinin məskunlaşmasının coğrafiyası» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək c.e.n. elmi dərəcəsinə,
1967 – dosent elmi adına layiq görülmüşdür.
1988 – Sankt-Peterburq Universitetinin Coğrafiya fakültəsində, “Azərbaycan Respublikasinda kənd əhalisinin məskunlaşmasının yenidən qurulması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək c.e.d. elmi dərəcəsini almışdır.
1989 –cu ildən professordur.

ƏMƏK FƏALİYYƏTİ
1958-1961 – AR Dövlət Hidrometeorologiya idarəsində baş mühəndis- aeroloq vəzifəsində çalışmışdır.
1961-1963 – təhsilini aspiranturada davam etdirmişdir.
1964-1965 – BDU, Elmi-tədqiqat sektorunda elmi işçi.
1965-1980 – İqtisadi-sosial coğrafiya kafedrasında laborant, metodist, baş müəllim, dosent vəzifələrində çalışmışdır.
1981 – Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə (2010 – cu ildən Coğrafi ekologiya) kafedrasının müdiridir.

TƏDRİS ETDİYİ FƏNLƏR: Coğrafiyaya giriş, Əhali coğrafiyası, Coğrafi ekologiyanın əsasları, Ətraf mühiti mühafizənin idarə olunması, Ekologiyanın tarixi və metodologiyası və b.

KADR HAZIRLIĞI, ELMİ FƏALİYYƏTİ
20 elmlər namizədinin rəhbəri və 4 elmlər doktorunun məsləhətçisi olmuşdur.
200-dən çox elmi əsərin, o cümlədən məqalələrin və tezislərin, 5 monoqrafiyanın, 10 dərsliyin və dərs vəsaitinin, 4 iri miqyaslı xəritələrin və s. müəllifidir.

MÜKAFATLAR VƏ FƏXRİ ADLARI
1980-cı ildə ÜİXTN sərgisinin Bürünc medalına layiq görülmüşdür.
2000-ci ildə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
2001 –K.Polinq adına Beynəlxalq Elmi İnkişaf Akademiyasının Azərbaycan filialının həqiqi üzvü,
2002 - Rusiya Beynelxalq Ekologiya və Həyat fəaliyyətinin mühafizəsi Elmlər Akademiyasının həqiqi üzvüdür.
2005-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.
2008-ci ildə Amerikanın Bioğrafiya İnstitutu tərəfindən "İlin adamı" seçilmişdir.
2009-cu ildə Şöhrət ordeni ilə təltif edilmişdir.
2014- cu ildə AR, “Avropa Nəşr evi” tərəfindən Ən Yaxşı Vətənpərvər Tədqiqatçı alim Qızıl Medalı ilə təltif olunmuşdur.
2015 və b. illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin fəxri fərmanına və təşəkkürlərinə layiq görülmüşdür.
2018- ci ildə Qafqaz media İB tərəfindən “Heydər Əliyev Zirvəsi” diplomuna; “Media araşdırma” və “Azərbaycan Avropa layihəsi əsasında” “Azərbaycan ziyalısı” fəxri diplomuna layiq görülmüşdür.

TƏDQİQAT SAHƏSİ
Coğrafiyanın və əhali coğrafiyasının problemləri, Azərbaycanın ekologiyası və ətraf mühitinin mühafizəsi, Təbii ehtiyatlardan səmərəli istifadə və s.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2018, 2017, 2016, 2015, 2014, 1993, 1987, 1985, 1984, 1976, 1966, 1965, 1963 və b. illərdə keçniş SSRİ-in, Azərbaycan SSR-ın və müstəqil Azərbaycan Respublikasının coğrafiyasına, əhali və ekoloji problemlərinə həsr edilmiş beynəlxalq elmi konfranslarında, simpoziumlarında çıxışlar və məruzələr etmişdir (Bakı, Daşkənd, Bişkek, Moskva, Leninqrad, Qorki, Perm, Kiyev, İstanbul, Sakarya, Təbriz və b.)
Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin qurultaylarında BDU-nu, SSRİ-in Coğrafiya cəmiyyətlərinin qurultaylarında Azərbaycan coğrafiyaçıla-rını təmsil edən nümayəndələrdən biri olmuşdur.

SEÇİLMİŞ ƏSƏRLƏRİ
1. Regionların tətqiq edilməsinin metodoloji problemləri,2004
2. Coğrafi ekologiyanın nailiyyətləri və problemləri,2005,
3. Xəzərdə monitorinq aparılmasının aktual problemləri,2005
4. Ekocoğrafi sistemlər və onların mühafizəsi,2006,
5. Coğrafi ekologiyanın elmlər sistemində yeri və problemləri,2007
6. Azərbaycan Respublikasının iqtisadi-sosial coğrafiyası,2007
7. Tarazlı inkişafda ekoloji təhsilin yeri,2007
8. Ekologiya elminin tədqiqinə və ətraf mühitin mühafizəsinə həsr edilmiş ömür,2007 (akad.H.Əliyevin yubileyinə həsr edilmiş məruzə).
9. Təhsil sisteminin balanslı inkişafda rolu və əhəmiyyəti ,2008
10. Coğrafiya fakültəsində ekologiya və ətraf mühiti mühafizə ilə bağlı kadr hazırlığı sahəsimdə qazanılan nailiyyətlər, 2009
11. Ölkə və regionların idarə edilməsində coğrafiya elminin yeri,2009
12. Xəzər dənizinin sahil zonalarının təbii ehtiyatlarının qorunması və səmərəli istifadəsi, 2009
13. Günəş fəallığının və qlobal iqlim dəyişkənliklərinin yaranmasının ekoloji təzahürləri,2010
14. İqtisadiyyatın bazar münasibətləri şəraitində inkişaf etdirilməsinin coğrafi əsasları,2010
15. XXI əsrdə coğrafi ekologiyanın problemləri haqqında, 2011
16. Urmiya gölünün ekoloji şəraiti və dünyanın digər yerlərində oxşar hallarla müqayisədə ətraf mühitə təsirin qiymətləndirilməsi, 2012
17. Azərbaycan təbiətindən səmərəli istihadə edilməsi tədqiqatlarında ümummilli lider Heydər Əliyev ideyalarının tərənnümü,2012
18. Şərqi Azərbaycan əyalətinin Təbriz düzü torpaqlarının təsnifatı, İran,2014.
19. XXI əsrdə ekologiyanın aktual problemlərinin həllində Heydər Əliyev ideyalarının rolu, 2013
20. Azərbaycanın ali təhsil sistemində ekoloji tədqiqatların rolu, 2014
21. Səfidrüd su anbarının çöküntülərdən təmizlənməsi nəticəsində mənsəbinin dəyişməsi prosesinin tədqiqi,2015
22. Azərbaycanda alternativ enerji resurslarından istifadənin problemləri, 2015
23. Coğrafi İnformasiya Sistemlərinin əhəmiyyəti və tədrisi, 2015
24. Regionların tarazlı inkişafının ekoloji əsasları,2016
25. Nəsillər üçün gərəkli kitab. AMEA-nın yaranmasının tarixi haqqında yazılmış monoqrafiya haqqında resenziya.2016
26. Atmosferdə qlobal istiləşmə və problemlərin həlli yolları, 2016
27. Coğrafiya elminin, anlayışlarının dünya baxışların formalaşmasında əhəmiyyəti, 2016
28. Coğrafi ekologiyanın əsasları, 2017
29. Coğrafiyanın əsas mahiyyəti və onun elmi əhəmiyyəti, 2017
30. Akademik H.Əliyevin həyat dərsləri (110 illik yubileyi münasibəti ilə), 2017
31. Türk dünyasının ekoloji şəraitinin qiymətləndirilməsi. AMEA – n Coğrafiya institutunun əməkdaşları ilə, 2018.

KİTABLAR VƏ XƏRİTƏLƏR
1. Əhali coğrafiyası. Bakı, 1979.
2. Kənd əhalisinin məskunlaşması. Баку,1987.
3.Azərbaycan Respublikasının İqtisadi-sosial coğrafiyası (orta məktəb üçün dərslik, həmmüəlliflə) Bakı. 1993, 2000.
4.Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə. Bakı, 1996.
5.Coğrafiya və coğrafi ekologiyanın problemləri. Monoqrafiya (azərbaycan (Bakı, 2005) və ingilis dilində (Bourqas, 2009).
6.Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları (həmmüəlliflə) Bakı, 2006.
7. Ətraf mühiti mühafizə (həmmüəlliflə) Bakı,2008.
8. Böyük Qafqazın Azərbaycan hissəsinin hidronimləri və onların ekocoğrafi aspektləri. (həmmüəlliflə), Bakı,2008.
9. Coğrafi ekologiyanın əsasları (Azərbaycan və rus dillərində) Bakı, 2010, 2018.
10. Biosferin mühafizəsi (həmmüəlliflə). Bakı, 2018.
11.Azərbaycan Respublikasının iqtisadi xəritəsi (1: 200 000) iri miqyaslı, həmmüəlliflərlə) Bakı, 1968.
12. SSRİ-nin əhali xəritəsi (1:2 500 000) kiçik miqyaslı (həmmüəlliflərlə), Мoсkвa, 1978.
13.Azərbaycan əhalisinin məskunlaşması. Kənd təsərrüfatına yararlı torpaqlarla (1: 200 000) iri miqyaslı xəritə, Мoсkвa, 1978.
14. Azərbaycan SSR-in təbii şəraiti və resurslarının bal ilə qiymətləndiril- məsi xəritəsi (1: 300 000) iri miqyaslı, Bakı, 1983.
15.Axırıncı hər iki xəritə Azərbaycanın Milli atlasında yeni variantda nəşr edilmişdir, Bakı,2014.

DÖVLƏT ƏHƏMİYYƏTLİ PROQRAMLAR, TƏSƏRRÜFAT MÜQAVİLƏLİ MÖVZULAR VƏ QRANTLAR
1967, “ARDPK-i tərəfindən Əlvan metallurgiya kompleksinin yaradılması məqsədilə Filizçay geokimyəvi kompleksinin fiziki və iqtisadi coğrafi şəraitinin qiymətləndirilməsi”. prof.A.M.Hacızadənın rəhbərliyi ilə müəlliflər kollektivi tərəfindən yerinə yetirilmişdir.
1985, Комплексная программа охраны природы и рационального использования природных ресурсов Азербайджанской ССР на период 1986-1990 и 2000 гг.”(Proqram Azərbaycan Respublikası Dövlət Plan Komissiyasının ETİ sifarişi ilə yerinə yetirilmişdir).
1987, “Комплексная схема охраны природы Азербайджанской ССР на период до 2010 г”.
1987, Moskva Dövlət Universiteti İqtisad fakültəsinin Narodonaseleniya problem laboratoriyası ilə birlikdə Əhali və vahid məskunlaşmanın problemləri.
2003, Azərbaycanın sahil zonalarına dair prioritet mövzuların müəyyən edilməsi.ARETS Nazirliyi və Beynəllxalq bankın sifarişi və rəhbərliyi ilə.
2005, Azərbaycan Respublikası Şahdağ, Hirkan milli parklarının yaradılmasının qiymətləndirilməsi. ARETS Nazirliyi və Beynəlxalq Bankın sifarışı ilə.
2018, Türk dünyasının fiziki coğrafiyası və ekologiyası AR MEA. H.Əliyev adına Coğrafiya institutu ilə birlikdə və s.
Reytinq: