Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusuna görə elm və təhsil sahəsində göstərdiyiləri uğurlu xidmətlərinə görə "Şərəfli ömür yolu"adına layiq görülüblər.
Araşdırma kollektivi adından təbrik edirik.

Şərəfli Ömür Yolu
Media araşdırma mərkəzi və Azərbaycan avropanın saytı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Gövhər Rasizadə “Şərəfli ömür yolu" adına layiq görülüb.

mükafat alimə həyata keçirdiyi uğurlu elmi tədqiqatlara, elmi ixtirasına və Azərbaycanın biologiya elminin inkişafı tarixində göstərdiyi xidmətlərin əhəmiyyətinə görə təqdim olunub. Alim dözümlü və dözümsüz yerli və Amerika üzüm növləri üzərində sitogenetik tədqiqat işi apararaq filloksera zərərvericisinə qarşı yeni preparat əldə edib.

Azərbaycanda və xarici ölkələrdə çapdan çıxan 70-dək elmi əsərin müəllifi olan G.Rasizadənin ötən il nüfuzlu “European journal of Technical and Natural Sciences” jurnalında məqaləsi dərc edilib. Alim hazırda “Azərbaycanda seleksiyanın aktual məsələlərinin həlli”ndə dənli-paxlalı bitkilərin genofondunu zənginləşdirmək məqsədilə ICARDA təşkilatından alınmış yeni formalarda sitoloji işlər aparır.







Şərəfli Ömür Yolu
Abasova Samirə Hüseyn qızı 25 dekabr 1963-cü ildə Bakı şəhərində doğulmuşdur. 1971-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuş və oranı 1979-cu ildə bitirmişdir. Sonra təhsilini Qırmızı Əmək Bayrağı ordenli 190 N-li orta məktəbdə davam etdirmiş və həmin məktəbi 1981-ci ildə qurtarmışdır. Həmin ildə respublika təyinatı yolu ilə Ukraynanın Donetsk şəhərində yerləşən Dövlət Universitetinə daxil olmuş və bu ali məktəbi 1986-cı ildə fərqlənmə diplomu ilə bitirmişdir. İdarə əməyinin təşkilatçısı ixtisasına yiyələnmişdir.
1989-cı ildə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspirantı olmuş və aspiranturanı 1993-cü ildə bitirmişdir.

1993-cü ildə Türkiyənin İstanbul universitetinin yaratdığı Ali menecerlər məktəbində təhsil almışdır.

1994 - 1997-ci illər ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdindəki Xalq Təsərrüfatını İdarəetmə institununda fəaliyyət göstərən Ali Dövlət İdarəçiyi Məktəbinin (ADİM) dinləyicisi olmuş, 1998-ci ildə Böyük Britaniyanm Nottingem Trent Universitetinin Biznes Məktəbini bitirmiş və «Dövlət idarəçiliyi və menecment» ixtisası üzrə Yüksək Diplom almışdır.

2001-ci ildə AMEA İqtisadiyyat institutunda "Azərbaycan sənayesində innovasiya proseslərinin təşkilinin idarəedilməsinin təkmilləşdirilməsi (maşınqayırma sənayesi timsalında)" mövzusunda (rus dilində) namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

01 fevral 2011-ci ildə AAK tərəfındən ona dosent elmi adı verilmişdir.

2018-ci ildən Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının iqtisad üzrə elmlər doktorudur.

S.H.Abasovanın elmi-pedaqoji əmək fəaliyyəti 1986-cı ildə M.Əzizbəyov adına Neft və Kimya institutunda kiçik elmi işçi vəzifəsindən başlamışdır. 1989-cu ildən 1991-ci ilə qədər həmin institutun «Yanacaq-energetika və maşınqayırma sənayelərinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunınası» kafedrasında müəllim işləmişdir.

1989-cu ildə Azərbaycan Respublikası Nazirlər Sovetinin (1991-ci ildən Nazirlər Kabinetinin) nəzdindəki Xalq Təsərrüfatını İdarəetmə institutuna göndərilmə (yollama) yolu ilə keçmiş və orada kiçik elmi işçi, böyük iqtisadçı, müəllim vəzifəsində çalışmışdır. 1998-ci ildən 2001-ci liə qədər Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatmı İdarəetmə institutunda baş müəllim, ADİM-in elmi-tədqiqatlar üzrə menecer vəzifələrində çalışmışdır.

2001-2003-ci illər ərzində Qərb Universiteti, Menecment institutu, Bakı Biznes Universiteti, Moskva şəhərində yerləşən Menecment institutunun Bakı filialında, elecə də Ukraynanm Dnepropetrovsk universitetinin Bakı filialında iqtisadiyyat və idarəetmə üzrə dərs demişdir. 2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universiteti «İdarəetmənin təşkili» kafedrasında baş müəllim, daha sonra dosent vəzifəsində çalışmış, 2007-2009-cu illərdə isə "Biznes inzibatçılığı" kafedrasında dosent vəzifəsində işləmişdir. 2009 - 2010-cu tədris ili ərzində o, "Azərbaycan" Özəl universitetində "Ümumi iqtisadiyyat” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.

S.H.Abasova 1994 - 2001-ci illər ərzində Böyük Britaniyanm Nottingem Trent Universiteti ilə birgə layihədə (SPAA-ADİM) işləyərkən qısa- və uzun müddətli tədris proqramlarının müəllifı olmuş, 2001-2010-cı illər ərzində ali məktəblərdə dərs dediyi müddətdə bakalavr və magistr tədris səviyyələri üçün «Strateji idarəetmə», «İnnovasiya menecmenti», «Reklam işinin təşkili», «Menecmentin əsasları», «Davranış elmləri», «Kiçik biznesin idarəolunması», "Texnologiyalar və yeniliklərin idarəedilməsi" və s. fənnləri üzrə tədris proqramlarını hazırlamışdır.

1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasmın Iqlisadiyyat intstitutunda "Xarici iqtisadi əlaqələr" şöbəsində elmi işçi, böyük elmi işçi kimi çalışmışdır. Hal-hazırda "Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər" şöbəsində aparıcı elmi işçi vəzifəsini icra edir.

2007-2014-ci illərdə AMEA Rəyasət Heyətinin İnnovasiyalar Mərkəzində baş mütəxəssis, 2009-2015-illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi nəzdində İqtisadi İslahatlar ETİ-da baş elmi işçi kimi də çalışmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını Idarəetmə institutunda və Azərbaycan Dövlət İdarəçilik Məktəbində baş müəllim və menecer vəzifələrini icra etmək məqsədi ilə stajirovka keçmək üçün 2 dəfə Böyük Britaniyada, 1 dəfə İrlandiyada səfərdə olmuşdur.

2001-ci ildə Rusiya Federasiyası Nijni Novqorod şəhərində keçirilən beynəlxalq forumda (CKP layihəsi) və həmıiıı şəhərdə 2004-cü ildə keçirilən TEMPUS təhsil proqramı üzrə (Avropa ölkələri ilə birgə kontrakt Ks UM_JEP-22240-2001) "Strateji universitetə doğru" yekun konfransda iştirak etmişdir. 2003-ci ildo Avroaziya universitetlər assosiasiyasının forumunda (Moskva Dövləl universiteti, Rusiya Federasiyası) iştirak etmiş və həmin ildən bu birliyin fəal üzvüdür.

2007-ci ildə Bakıda keçirilən «İslam Konfransı Təşkilatına üzv olan ölkələrin iqtisadiyyatında turizmin rolu» beynəlxalq elmi-praktiki konfransda, həmin ildə "Qafqaz universitet'ində keçirilən "Caucasus and Central Asia in the Globalisation Process" adlı beynəlxalq konqresdə iştirak etmişdir.

2009-cu ildə S.H.Abasova Rusiya Federasiyası Elmi - Texniki İnformasiya üzrə Beynəlxalq Mərkəzində keçirilən və elektron resurslardan istifadəyə həsr olunmuş beynəlxalq elmi - praktiki konfransda fəal iştirak etmişdir.

2010-cu ildə isə o, Birləşmiş Millətlər Təşkilatının İqtisadi İnkişaf Fondunun hüquq və maliyyə dəştəyi ilə Polşanın Varşava şəhərində yerləşən "İntellektual mülkiyyət agentliyi"ndə Dünya üzrə Əqli Əmək Mülkiyyət təşkilatının keçirdiyi "Qadınlar elm, biznes və innovasiya fəaliyyətində" beynəlxalq forumda, Kazaxıstanm Astana şəhərində keçirilən 3-cü beynəlxalq iqtisadi forumunda, Azərbaycan MEA Elmi İnnovasiyalar Mərkəzinin «Elmi və texnoloji innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq» mövzusunda keçirilən beynəlxalq elmi-praktiki konfransında, 2-ci Belarusiya innovasiya forumunda çıxışlar etmişdir.

2011-ci ildə Rusiya Federasiyası Ümumittifaq elmi-tədqiqat və texniki-informasiya institutunda (VİNİTİ) MDB ölkələrinin beynəlxalq konfransında («MDB-2011. İnformasiya

cəmiyyəti: MDB-də dövlətlərarası elmi və texniki informasiya mübadiləsinin müasir vəziyyəti və inkişaf meylləri») iştirak etmişdir.

2013-cü ildə o, Ukraynanın Donetsk şəhərində "Müasir cəmiyyətin iqtisadi və sosial inkişafınm paradiqması. London - Donetsk" mövzusunda keçirilən 2-ci beynəlxalq elmi-praktiki konfransda Rəyasət heyətinin üzvü vəzifəsini yerinə yetirmiş və konfransın açılışında çıxış etmişdir.

2013, 2014-cü illərdə S.H.Abasova ECOMod təşkilatının "Enerji, regional inteqrasiya və sosial-iqtisadi inkişaf" beynəlxalq elmi - praktiki konfranslarında iştirak etmişdir.

S.H.Abasova 1996-cı ildə Böyük Britaniya Nottingem Trent Universiteti və AzXTİİ ilə birgə keçirilən 2 beynəlxalq elmi-praktiki konfransların: 1) «Azərbaycan XXI əsrdə: dəyişikliklərin idarəedilməsi» (fevral 1996); 2) «Azərbaycan XXI əsrdə: infrastruktura qoyulan investisiyalar» (noyabr 1996) beynəlxalq elmi konfransları təşkilatçısı olmuşdur.

S.H.Abasova «Təkamül» elmi jurnalının ilk redaktorudur (1996, No. l və No. 2). 1999-2005-ci illər ərzində S.H.Abasova AMEA İqtisadiyyat institutunun nəşr etdiyi «Azərbaycan dirçəliş yolunda» məqalələr toplusunun redaktoru kimi çalışmışdır.

2017-ci ildən e-library saytında təmsil olunan iqtisadi jurnallarda resenzent vəzifəsində çalışır.

4 monoqrafiya, 4 kollektiv monoqrafiya və 200-ə yaxın nəşr edilmiş elmi əsərlərin müəllifidir. BBEA-nın elmlər doktoru S.H.Abasovanın 2 monoqrafiyası xaricdə - 1) Almaniyanın Münhen şəhərində yerləşən Lambert Academic Publishing nəşriyyatmda (Абасова С.Г. Госрегулирование инновационных процессов в промышленности Азербайджана. Munchen, Lambert Academic Publishing, 2013, 172 p.); 2) Rusiya Federasiyasınnın Novosibirsk şəhərindəki Elmlər Akademiyasının Elmi Əməkdaşlığın İnkişafı Mərkəzinin nəşriyyatında (Абасова С.Г. Механизмы государственного регулирования внешнеэкономических инновационных процессов в странах с развивающейся экономикой (на примере внешнеэкономических связей Азербайджана с другими странами. Новосибирск, изд-во ЦРНС, 2015, 234с. )) çap olunmuş, eləcə 1 kollektiv monoqrafiyası Rusiya Federasiyası Omsk Dövlət Pedaqoji universitetinin nəşriyyatmda (Экономические аспекты развития современного общества на пороге ХХ века: коллективная монография. OMCK, ИЗД-BO «AMФОРА», 2010, Ч.L, 200c.) işıq üzü görmüşdür.

S.H.Abasovanın nəşr etdiyi kitablarına Donetsk Milli Politexnik Universitetindən rəy verilmiş, özü isə Novosibirskdə çap olunmuş monoqrafiyalara rəy vermişdir. O, elmi fəaliyyətinə görə 2016-cı ildə Qazaxstanın Astana şəhərində yerləşən İqtisadiyyat İnstitutundan Təşəkkürnamə almışdır.

İ.e.n. S.H.Abasova 2001-ci ildən Avroaziya Universitetlər Assosiasiyasının, 2008-2014-ci illərdə AMEA Rəyasət Heyəti nəzdindəki Elmi İnnovasiyalar Mərkəzində Expert və Elmi Şuranm, 2010-2017-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi nəzdindəki İqtisadi İslahatlar ETİ-da Elmi Şuranın, 2013-2014-cü illərdə AMEA İqtisadiyyat institutunun dissertasiyalarm

müdafıəsinə hazırlıq üzrə elmi seminarm üzvü olmuşdur. Hal-hazırda beynəlxalq səviyyəli bir qurumun GGDC – G – Qlobal İnkişaf Cəmiyyəti təşkilatının (http://gglobal.info/ru/ggdc/team/gunnar-prouse) İnnovasiyalar və dövlət tənzimlənməsi üzrə ekspert və Şura üzvüdür.

2018-ci ildən Beynəlxalq Birləşmiş Elmlər Akademiyasının (BBEA) üzvüdür.

BBEA elmlər doktoru S.H.Abasova Azərbaycanda ilk dəfə sənayedə innovasiya proseslərinin təşkili, idarəedilməsi və onların dövlət tərəfindən tənzimlənməsi, eləcə də sahibkarlıq, turizm, marketinq və reklam sferalarında, beynəlxalq iqtisadi münasibətlər sistemində innovasiya proseslərinin dövlət tənzimlənməsi məsələlərini tədqiq etmişdir.

Elmi marağı iqtisadiyyat və idarəetmənin bütün sahələridir. Son illərdə isə sosial idarəetmə, innovasiya fəaliyyətinin informasiya təminatı, innovasiya proseslərinin idarəedilməsi və beynəlxalq iqtisadi əlaqələrin inkişafı, beynəlxalq iqtisadi əlaqələr və innovasiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi, texnoloji transferlərin ölkə iqtisadiyyatındakı rolu və beynəlxalq təcrübənin tətbiqi kimi elmi istiqamətlər üzrə tədqiqatlara xüsusilə fikir verir.

2017-ci ildə ona Avropa Mətbuat-Nəşriyyat Evi tərəfindən elmi nailiyyətlərinə görə Qızıl Medal verilmişdir.

2017-2018-ci illərdə Media işçiləri Həmkarlar İttifaqı tərəfindən "İlin nüfuzlu alimi", "Elm fədaisi" diplomları verilmiş, Qafqaz Media təşkilatı tərəfindən "Tomris" və "Jurnalust-alim" diplomları ilə təltif olunmuşdur.

BBEA elmlər doktoru S.H.Abasova 100-ə yaxın magistrant hazırlamış, 100-ə yaxın iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almaq üçün iddiaçıların dissertasiyasına rəy vermiş, 3 nəfərin dissertasiya işində opponent olmuşdur. BBEA-nın elmlər doktoru S.H.Abasovanın elmi rəhbərliyi altında iqtisad elmləri üzrə fəlsəfə doktoru adı almaq üçün 2 nəfər aspirant hazırlanmış və onların işləri AAKa göndərilmişdir.

S.H.Abasova azərbaycan, rus, türk, ingilis dillərində sərbəst danışır. Fransız dilində fıkrini lüğətlə izah edə bilir. Ərəbcə oxuya bilir.

2012-ci ildə həcc ziyarətində olmuş və Soltan Əkbər həciyə adını almışdır. Abasovasamira@rambler.ru

Ev tel. 492-28-88, iş 539-30-21 əlavə-114, Mob. Tel. 050-379-26-88

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər