Ukrayna ilə Türkiyə arasında hərbi müdafiə sahəsindəki əməkdaşlıq fəal şəkildə davam etdirilir.

Bu yaxınlarda Ukrayna Prezidenti Vladimir Zelenski yeni Ukrayna korvetinin 2023-cü ildə Türkiyənin dəstəyi ilə tamamlanacağını söylədi.

Artıq Türkiyə və Ukrayna arasında bir növ qeyri-rəsmi dostluq ittifaqının qurulduğu hiss olunur.

Ukraynanın özü Kiyevlə Ankara arasındakı bu cür əməkdaşlıqda nə dərəcədə maraqlıdır?

Ukrayna Ali Radasının deputatı, Ukrayna Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin rəhbəri İrina Vereşuk Caliber.Az-a açıqlamasında bildirib ki, Ukrayna ilə Türkiyə arasında həmişə geopolitik simpatiya olub.

“Mən də təsdiq edirəm ki, son zamanlar ölkələrimiz arasında əməkdaşlıq xeyli güclənib, mövqelərimiz daha da yaxınlaşıb. Xüsusilə, müdafiə sektorunda. Bunun aydın bir səbəbi var - Krımın işğalı və Rusiyanın Qara dəniz bölgəsindəki getdikcə aqressiv davranışı. Türkiyə həm bölgənin əsas oyunçularından biridir, həm də NATO üzvüdür. Türkiyənin güclü və döyüş qabiliyyətli ordusu var. Bu səbəbdən Ankara rusların Qara dənizdəki getdikcə aqressiv davranışlarını sakit müşahidə edə bilməz.”.

Ukrayna Ali Radasının deputatı Kiyev və Ankaranın mövqelərində ciddi bir fərq görmədiyini bildirib.

O, Ukrayna Prezidenti Vladimir Zelenskinin artıq iki dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsinə işarə edərək bunun çox məqamlardan xəbər verdiyinə diqqət çəkib:

“Biz hərbi rəqəmsal texnologiyaların, dəqiq silahların, pilotsuz təyyarələrin, korvetlərlərin istehsalı sahələrində hərbi-texniki əməkdaşlığı dinamik şəkildə inkişaf etdiririk. Bütün bunlar barədə Prezident Vladimir Zelenski bu yaxınlarda Odessada Ukraynanın Hərbi Dəniz Qüvvələri Günü münasibəti ilə təşkil olunan tədbirdə danışdı. Yeri gəlmişkən, Türkiyədəki keçmiş səfirimiz Andrey Sibiqa bu yaxınlarda Prezidentin Xarici Siyasət və Strateji Tərəfdaşlıq İnkişafı İdarəsi rəhbərinin müavini vəzifəsinə təyin edildi.

Bu yaxınlarda mən Türkiyənin Ukraynadakı hərbi attaşesi polkovnik Cengiz Çeviklə çox məhsuldar bir görüş keçirdim. Digər müzakirələr əsnasında biz Ukrayna hərbçilərinin Türkiyədə, hər şeydən əvvəl isə hərbi dəniz təhsili müəssisələrində tədris almasını müzakirə etdik. Buna görə də biz Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməkdə çox maraqlıyıq. Və bunun praktikada baş verdiyinə görə şadıq”.

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər