DataLife Engine / Yumurta yemək arıqlamağa səbəb olur

Yumurta yemək arıqlamağa səbəb olur

Dietoloqlar toyuq yumurtalarının faydası ilə bağlı növbəti tədqiqat keçiriblər.

Onların fikrincə, yumurtanın qida kimi qəbulu çəkinin azalmasına səbəb olur.Əvvəllər tibb cəmiyyətinin böyük əksəriyyəti bu fikirdə olub ki, yumurtada həddən çox xolesterin vardır və onları tez-tez qəbul edən vaxt sağlamlıqla bağlı ciddi problemlər yaranır.

Buna baxmayaraq, məlum olub ki, qidada yumurtadan normal istifadə faydalı ola bilər. Məsələn, əgər gündə bir və ya iki yumurta yeyilərsə, orqanizmdə xolesterininin miqdarı dəyişmir.

Bundan başqa, bu cür "pəhriz" insult və infarkt risklərini aşağı salmaqda kömək edir. Dietoloqlar bildirirlər ki, əgər gündəlik olaraq yumurta (yeri gəlmişkən, fosfor, dəmir, sink, eləcə də vitamin və minerallarla zəngindir) qəbul edilərsə, hər gün 440 kkal itirmək olar.
19-03-2015, 19:09
Вернуться назад