DataLife Engine / Tarantino 10-cu filmindən danışdı

Tarantino 10-cu filmindən danışdı

Kventin Tarantino, onuncu filmini çəkdikdən sonra kinodan ayrılacağını açıqlayıb.

Lenta.ru-nun məluımatına görə, bu barədə dünyaca tanınmış rejissorun özü bəyan edib.

O sonuncu, onuncu filminin çəkiliş planlarından danışıb. Növbəti filmin nə ilə əlaqəli olacağı barədə Tarantino danışmayıb. Bununla belə, o, tammmetrajlı debütü olan “Reservoir Dogs” filminin remeykini hazırlamaq istədiyini etiraf edib.

58 yaşlı Tarantino təqaüdə çıxmaq qərarını şərh edərkən deyib ki, rejissorlar zaman keçdikcə yaxşılaşmır.

O, həmçinin film karyerasının uzun olduğunu və fikirlərinin tam reallaşdığını da vurğulayıb.
28-06-2021, 18:26
Вернуться назад