DataLife Engine / Ağdama qayıdış: Məcburi köçkünün hekayəsi Türkiyə mediasının REPORTAJINDA

Ağdama qayıdış: Məcburi köçkünün hekayəsi Türkiyə mediasının REPORTAJINDA

“Əlimdə məktəbli çantası ilə hər gün bu yoldan məktəbə getdim. Övladlarım burada böyüyüb. Nəvələrim də burdan mənim kimi əllərində çanta ilə məktəbə gedəcəklər”.

Bunu Türkiyənin “İhlas Haber Ajansı”nın (İHA) hazırladığı reportajda Azərbaycan ordusunun şanlı zəfərindən sonra Ağdama qayıdan Fəxrəddin Hacıbəyli deyib.

O, 28 il sonra qovuşduğu yurduna əliboş getmədiyin vurğulayıb.

“Özümlə birlikdə tarımı da aparıram. Tar öz torpaqlarına gedir” – deyə sevinclə bildirən Hacıbəyli Ağdamın sadəcə Azərbaycanın deyil, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəyinə əminliyini bildirib
1-06-2021, 14:25
Вернуться назад