DataLife Engine / Milli parklarda “açıq qapı” günü keçiriləcək - FOTO

Milli parklarda “açıq qapı” günü keçiriləcək - FOTO

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar iyunun 1-də Azərbaycanın milli parklarında “açıq qapı” günü elan edilir və uşaqlar ailə üzvləri ilə birgə milli parklara giriş haqqından azad olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklarda ziyarətçilər füsunkar təbiət əraziləri ilə tanış ola və səmərəli gün keçirə bilərlər.

“Eyni zamanda azyaşlı ziyarətçilər üçün milli parklarda maarifləndirici, əyləncəli tədbirlərin təşkili də nəzərdə tutulub”.

A.Səmədova Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hər kəsi təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edib.

Qeyd edək ki, ölkəmizdə 10 milli park var və parklarda müxtəlif təbii ekosistemləri əhatə edən 114 ekoturizm marşrutu fəaliyyət göstərir.
Milli parklarda “açıq qapı” günü keçiriləcək - FOTO
Milli parklarda “açıq qapı” günü keçiriləcək - FOTO
1-06-2021, 08:02
Вернуться назад