DataLife Engine / “Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO

“Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO

Sovet və Rusiya aktyoru Andrey Myaqkov 82 yaşında vəfat edib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Çexov adına Moskva İncəsənət Teatrının mətbuat xidməti məlumat verib.
Teatr və kino aktyoru, rejissor Andrey Vasilyeviç Myaqkov 1975-ci ildə Eldar Ryazanovun “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (“İroniya sudbı, ili s leqkim parom”) filminin nümayişindən sonra populyarlaşıb. Bundan başqa aktyor “İşdə məhəbbət macərası” (“Slujebnıy roman”) komediyasında “Novoseltsev” rolu ilə tamaşaçılar tərəfindən sevilib.
O, həmçinin son illərdə “Oxatan Fedot haqqında əhvalat”, “32 dekabr”, “Duman səpələnir”, “Qəribə təsadüf-2” (davamı), “Qış gecəsi kim gəlir?” və sair filmlərdəki rolları ilə tamaşaçıların qəlbini fəth etmişdi.
“Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO
“Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO
“Qəribə təsadüf”ün “Jenya”sı həyatla vidalaşdı - FOTO
20-02-2021, 01:03
Вернуться назад