DataLife Engine / Azərbaycanlı fotoqraf “National Geographic” üçün Beyrutdan material hazırladı - FOTO

Azərbaycanlı fotoqraf “National Geographic” üçün Beyrutdan material hazırladı - FOTO

Dünyaca məşhur azərbaycanlı fotoqraf Rəna Əfəndi, “National Geographic” jurnalının məhv olmuş Beyrut haqqında məqaləsi üçün fotolar işləyib.

R.Əfəndi bu barədə öz “İnstagram” hesabında yazıb:

“Beyrut partlayışının nəticələrini əbədiləşdirmək üçün Livana getdim və insanların inanılmaz dözümünün şahidi oldum”.

Qeyd edək ki, bu ilin 4 avqust tarixində Beyrut limanında baş verən güclü partlayış nəticəsində 158 nəfər ölüb, altı mindən çox adam yaralanıb.

31-08-2020, 19:23
Вернуться назад