Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” (The Union of Fire and Water) sərgisinin açılışında iştirak edib

Fonddan verilən məlumata görə, sərgi ilə tanış olan Leyla Əliyevaya ekspozisiyadakı eksponatlar və layihənin ideyası barədə məlumat verilib.

Bildirilib ki, “Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgidə Rəşad Ələkbərovun əsərləri və Almagül Menlibayevanın video-instalyasiyaları izləyicilərin böyük marağına səbəb olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində Azərbaycanın fəal və uğurla iştirakının əhəmiyyətli hal olduğunu qeyd edib. Onun sözlərinə görə, bu iştirak Azərbaycanın müasir incəsənət sahəsindəki rəssamlarını dünyaya tanıtmaq, müxtəlif ölkələrdən olan rəssamlar arasında əlaqələrin genişləndilməsi baxımından vacibdir.

“Odla suyun birliyi” layihəsi Bakı və Venesiya şəhərlərinin görüntülərini ekrana gətirən video-çarxla birlikdə heykəl və instalyasiyanın nümayiş etdirilməsi vasitəsilə iki şəhər arasında qarşılıqlı əlaqəni araşdırır. Sərginin nümayişi üçün Venesiyanın Palazzo Barbaronun seçilməsi də təsadüf olmayıb. Belə ki, bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın sahibi Venesiyalı tacir və diplomat İosafat Barbaro idi. Qeyd edək ki, İosafat Barbaro, 15-ci əsrdə öz səyahət təəssüratlarını paylaşaraq, Azərbaycanın şəhərləri barədə yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayını təsvir etmişdi.

Ənənə, tarix, mədəniyyət və memarlıq mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi mesenat Murtuza Muxtarovun sarayından– 1912-ci ildə Venesiya qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm memarlıq abidəsindən-“Səadət Sarayı” kimi tanınan binadan ilham alır. Bu binanı Murtuza Muxtarov çox sevdiyi həyat yoldaşı Liza Tuqanova üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad Ələkbərovun təqdim etdikləri layihə çərçivəsində Muxtarovun sarayı misalında birlik və münaqişə, eşq və zorakılıq, dialoq və təcavüz kimi geniş mövzular araşdırılır.

Rəşad Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək, Şərqin ucalan səsini təqdim edir. Almagül Menlibayevanın video instalyasiya bir-birinin ardı olan otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film, Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim edərək, ziyarətçilərə Bakının hekayəsini danışır və daha geniş mənada irsiyyət, müasirlik, münaqişə və yaxınlıq kimi anlayışları araşdırır.

YARAT qeyri-kommersiya təşkilatının sifarişi ilə hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə təşkil olunmuş bu ekspozisiya 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət Sərgisində 9 may – 22 noyabr 2015-ci il tarixlərində ziyarətçilər üçün açıq olacaq.(azvision.az)

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər