Modern.az “Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazını təqdim edib.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər.

Tanınmış pedaqoq, maarif xadimi Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova haqqında əvvəlki dövrlərdə dərc olunmuş bir sıra ensiklopediyalarda, o cümlədən Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında, həmçinin digər kütləvi nəşrlərdə hər hansı bir məlumatlar dərc edilmədiyi üçün cəmiyyətimizdə onun haqqında məlumatlar demək olar ki, yoxdur və yaxud olduqca məhduddur. Yalnız Vikipediya-da onun haqqında müəyyən qısa məlumatlar var.
Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova haqqında olan məlumatları Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin bəzi fondlarından aşkar edərək onun əsasında hazırladığım bu məqaləni hörmətli oxucularımızın diqqətinə çatdırıram. Güman edirəm ki, hazırladığım bu məqalə Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova haqqında cəmiyyətimizdəki mövcud olan məhdud məlumatların müəyyən qədər zənginləşməsinə imkan verəcək.
İlk növbədə qeyd edirəm ki, Azərbaycan Dövlət Tarix Arxivində mühafizə edilən “Bakı Şəhər İdarəsi” (f.389) və “Xalq məktəblərinin Bakı-Dağıstan Direksiyası” (f.309) fondlarında Qori Müəllimlər Seminariyasının məzunu, tanınmış pedaqoq Səfərəli bəy Vəlibəyovun qızı, sonralar tanınmış azərbaycanlı qadın pedaqoq kimi formalaşmış Nigar xanım Səftərəli bəy qızı Vəlibəyovanın şəxsi işləri qurunub saxlanılır. Nigar xanım Vəlibəyovanın həmin şəxsi işlərində Bakı Şəhər İdarəsinin məktəb şöbəsi tərəfindən ayrı-ayrı vaxtlarda - 21 yanvar 1913-cü il və 29 aprel 1914-cü il tarixlərində onun adına tərtib edilmiş məktəblinin şəxsi kartoçkaları mövcuddur.

Onun şəxsi kartoçkalarındakı məlumatlara əsaslanaraq qeyd edirəm ki, Vəlibəyova Nigar Səftərəli bəy qızı 18 iyun 1894-cü ildə Şuşa şəhərində məsəlman zadəgan ailəsində anadan olub. Yeri gəlmişkən xatırladıram ki, Nigar xanımın atası - Səfərəli bəy Şıxhəsən bəy oğlu Vəlibəyov da 1861-ci ildə Şuşa şəhərində anadan olub. Səfərəli bəy ilk təhsilini mollaxanada alıb, sonra isə 1875-1879-cu illərdə Şuşa şəhər 4 sinifli rus ibtidai məktəbində oxuyub. 1879-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin açılması ilə əlaqədar olaraq həmin şöbənin ilk azərbaycanlı şagirdlərindən biri olub. Səfərəli bəy 1881-ci ildə Seminariyanı bitirdikdən sonra fəaliyyət göstərmək üçün elə həmin təhsil ocağında rəhbər vəzifədə saxlanılıb. Səfərəli bəy Seminariyada 1896-cı ilədək fasiləsiz olaraq 15 il fəaliyyət göstərdikdən sonra 1896-cı ildə Bakıya köçərək burada iki il müəllimlik edib. Müəllimlikdən sonra isə Bakı Gömrükxanasında tərcüməçi vəzifəsində çalışıb. Səfərəli bəy Vəlibəyov hələ Seminariyadakı tələbəlik illərindən müəllimi A.O. Çernyayevskinin düqqətini cəlb edib. Azərbaycanda 1880-90-cı illərdə “ Üsuli-cədid” dünyavi məktəblərlə yanaşı mollaxanalar da mövcud idi. Bu məktəblərdə tədris əsasən fars dilində keçirilirdi. Səfərəli bəy dindarları ayıltmaq məqsədilə fars dilində “Üsuli-cədidi-lisani-farsi” adlı dərsliyini yazmış və həmin dərsliklə mollaxanalara yeni təlim üsulu gətirmişdi. Səfərəli bəy 1891-ci ildə Tiflisdə iki cilddən ibarət “ Xəzineyi- əxbar” kitabını çap etdirmişdi. Bu əsər öz dövrünün ən mükəmməl ensiklopedik izahlı lüğətlərindən biri sayılırdı. Müəllif bu kitabın məzmununa belə aydınlıq gətirmişdi:

““Xəzineyi- əxbar” tarix və coğrafiya və ədəbiyyat və təracimi əhvalə mütəəlliqi lüğətdir”.

Qafqaz Tədris Dairəsi S.Vəlibəyova seminaristlərin topladığı şifai xalq ədəbiyyatı və etnoqrafik materiallara görə təşəkkürünü bildirmişdi. S. Vəlibəyov 1895-ci il yanvarın 1-də yüksək səviyyəli pedaqoji xidmətinə görə 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Səfərəli bəy Vəlibəyov 1902-ci il avqustun 31-də Bakıda ürək xəstəliyindən vəfat edib.

S.Vəlibəyov vəfat etdikdən sonra onun bibisi oğlu Süleyman Sani Axundovun köməkliyi ilə Səfərəli bəyin qızları Nigar və Sürəyya xanım Vəlibəyovalar dövlət hesabına pansionatda saxlanılıblar.

Nigar xanım 1912-ci ildə Bakıda təhsil aldığı “Müqəddəs Nina qadın məktəbi”nin kursunu müvəffəqiyyətlə bitirərək ev mürəbbiyəsi adına layiq görülüb. Nigar xanıma ev mürəbbiyəsi adını təsdiq edən diplom Qafqaz Tədris Dairəsi tərəfindən verilmişdi.

1912-ci il avqustun 22-də “Bakı Müq. Nina qızlar məktəbi”nin məzunu Nigar xanım Vəlibəyova Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyasına ərizə ilə müraciət edərək ona Bakı şəhəri qadın II rus-tatar məktəbində müəllimə vəzifəsinin verilməsini xahiş etmişdi. O, ərizəsində həmçinin bildirirdi ki, “Bakı Müq. Nina qadın məktəbi”nin tam kursunu bitirdiyi haqqında sənədləri və ev mürəbbiyəsi vəzifəsinə layiq görüldüyünü təsdiq edən və Qafqaz Tədris Dairəsi tərəfindən ona verilmiş diplomu, həmçinin 1903-cu il noyabrın 5-də verilmiş onun doğumu haqqında şəhadətnaməni təqdim etmişdir.

Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin 1913-cü il yanvarın 5-də Bakı Şəhər Rəisinin dəftərxanasına ünvanladığı 89 saylı məktubda Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyanın 1912-ci il 19 dekabr tarixli iclasında aşağıdakı şəxslərin, o cümlədən Qumru xanım Nərimanova və Mina xanım Aslanovun qadın I rus-tatar məktəbinə; Nigar xanım Səfərəli bəy qızı Vəlibəyovanın qadın 2-ci rus-tatar məktəbinə; Məriyəm xanım Terequlovanın isə qadın 3-cü rus-tatar məktəbinə müvəqqəti olaraq müəllimə vəzifələrinə seçildikləri haqqında məlumat verilirdi.

Bakı şəhər başçısının 7 yanvar 1913-cü il tarixli, 20 saylı əmrinə əsasən, Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova ayda 900 rubl olmaqla, şəhər qulluqçularının ştatına daxil edilmişdi. Bununla bağlı Şəhər Duması nəzdindəki məktəb komissiyası sədrinin 1913-cu il yanvarın 4-də Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəblərinin direktoruna ünvanladığı 26 saylı məktubda qeyd edilirdi: “Bakı Şəhər Duması nəzdindəki məktəb komissiyası özünün 19 dekabr 1912-ci il tarixli iclasında Nigar xanım Səfərəli bəy qızını müvəqqəti olaraq şəhər 2-ci qadın rus-tatar məktəbində vakant yeri olan müəllimə vəzifəsinə seçmişdir. Cənab zati-ali bununla bağlı hər hansı bir narazılığınız varsa bildirməyinizi xahiş edirik. Eyni zamanda N.x. Bəlibəyovanın aşağıdakı sənədlərini: 1) Bakı Müq. Nina qız məktəbini bitirdiyi haqqında 377 saylı attestat; 2) Həmin məktəbin əlavə 8-ci sinfini bitirdiyi haqqında 344 saylı şəhadətnamə; 3) Qafqaz Tədris Dairəsinin Qəyyumu tərəfindən ona verilmiş ev mürəbbiyəsi adını təsdiq edən 15685 saylı şəhadətnaməni sizə təqdim edərək onun haqqında bu məlumatları da sizə çatdırıram: Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova milliyyətcə tatardır (azərbaycanlıdır), şiə təriqətli 18 yaşlı müsəlman qızıdır. 1911-ci ildə “Bakı Müq. Nina qız məktəbi”nin 7 sinif kursunu bitirmiş, 1912-ci ildə isə həmin məktəbin 8-ci sinfini bitirərək ev mürəbbiyəsi adına layiq görülmüş və bu haqda ona Qafqaz Tədris Dairəsinin Qəyyumu tərəfindən 15685 saylı şəhadətnamə təqdim edilmişdir”.

Beləliklə, Nigar xanım 1912-ci il sentyabrın 15-dən etibarən Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbində ştatda olan müəllimə vəzifəsinə təsdiq edilərək fəaliyyətə başlamışdı. Nigar xanım Vəlibəyova digər əlavə gəlirlər və pensiyaya dair tutulan pullar hesablanmadan illik qazancı 900 rubl olmaqla, hər birində 36 və 18 şagird olan I və III bölmələrə həftədə 22 saat rus dili və hesab dərslərini tədris edirdi. Onun tam illik maaşı 846 manatdan ibarət olmuşdur. Bakı şəhər başçısının 7 yanvar 1913-cü il tarixli, 20 saylı əmrinə əsasən Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova ayda 900 rubl olmaqla, şəhər qulluqçularının ştatına daxil edilmişdir. Bakıda dayısının evində Nigar xanım yanında doğmalarından xalası da yaşamışdır.

1919-cu ildən başlayaraq Nigar xanım Vəlibəyovanın sağlığında müəyyən problemlər əmələ gəlməyə başlamışdır. Bakı Mixaylovskaya şəhər xəstəxanası tərəfindən Nigar xanım Vəlibəyovaya 1919-cu il yanvarın 31-də verilmiş 235 saylı şəhadətnamədə qeyd edilirdi:
“Şəhər 2-ci qadın türk məktəbinin müəlliməsi yanvarın 31-də Mixaylovskaya şəhər xəstəxanasının həkimləri tərəfindən müayinə edilərək aşkar edilmişdir ki, o, ümumi zəiflikdən və qan azlığından əziyyət çəkir və ona görə də onun istirahətə ehtiyacı vardır”.
Sənəddə qeyd olunan məlumata əsaslanaraq qeyd edirik ki, artıq 1919-cu ildə Bakı şəhəri II rus-tatar qadın ibtidai məktəbi 2-ci qadın türk məktəbi kimi göstərilirdi. Bu da çox guman ki, Cümhuriyyət hökumətinin ölkədə həyata keçirdiyi məktəblərin milliləşdiriməsi siyasəti ilə bağlı idi. Həkimin 1919-cu il fevralın 3-də tərtib etdiyi vəsiqədə qeyd edilirdi ki, Nigar Vəlibəyova sətəlcəm olduğu üçün sağalana qədər dərs deyə bilməz.

Bir neçə ay müalicədən sonra Nigar xanımın sağlamlığı artıq qaydasına düşmüşdü. 1919-сu il sentyabrın 28-də Məktəb şöbəsinin idarə heyətinin üzvü qadın 2-ci türk məktəbinin müəlliməsi Nigar xanım Vəlibəyovaya 1482 saylı məktubla müraciət edərək ondan xahiş edirdi ki, qadın 2-ci türk məktəbinin idarə edilməsini öz üzərinə götürsün. Nigar xanım Vəlibəyova 1919-cu il oktyabrın 1-də Məktəb şöbəsinə ünvanladığı 54 saylı məktubda məlumat verirdi ki, artıq sentyabrın 29-dan etibarən qadın 2-ci türk məktəbinin müdiri vəzifəsinin icrasına başlamışdır.

Nigar xanımın şəxsi işində Bakı İnqilab Komitəsinin maarif şöbəsinin tərtib etdiyi 1016 saylı şəhadətnamədə Nigar xanımın qadın 2-ci türk məktəbində müəllimə olduğu qeyd edilirdi. Nigar xanımın şəxsi işindəki sənədlərdən Nigar xanımın nə vaxt ailə qurduğu və neçənçi ildə vəfat etdiyi haqqında məlumatlar aşkar etmək mümkün olmamışdı. Lakin Vikipediya-da olan məlumata görə onun həyat yoldaşı Aslanov Əmir bəy Zəkəriyyə bəy oğlu 10 iyun 1938-ci ildə Azərbaycanda represiyada vəfat etmişdir. Onun atası pedaqoq Zəkəriyyə bəy Aslanov da 1938-ci ildə repressiya qurbanı olmuşdur. Belə olduğu halda güman etmək olar ki, Nigar xanım da elə həmin illərin repressiya qurbanı olmuşdur.

Azərbaycanda təsilin inkişafında, savadsızlığın aradan qaldırılmasında və qadınların təhsilə, məktəbə cəlb edilməsi işində rolu və zəhməti olmuş hər bir pedaqoq və maarif xadimi xalqımız tərəfindən unudulmur. Onların adı həmişə böyük hörmət və ehtiramla şəkilir və yad edilir. Tanınmış pedaqoq Nigar xanım Səfərəli bəy qızı Vəlibəyova da məhz həmin pedaqoqlardandır.
Məqaləni hazırlayarkən Nigar xanımın fotosunun surətlərini yalnız Azərbaycan Milli Tarixi Muzeyinin Sənədli Mənbələr Fondundan hörmətli Məhfuza Zeynalovada vasitəsi ilə əldə etmək mümkün olmuşdür. Bununla bağlı məqalənin müəllifi olaraq Məhfuza xanım Zeynalovaya dərin təşəkkürümü bildirirəm.

Son xəbərlər

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb

Hakan Fidan: “Azərbaycan Qafqazın yeni doğan günəşidir”

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB + FOTO

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - FOTO

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər - FOTO

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi - FOTO

Ərdoğan Zelenski ilə görüşdü

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər