Nazir açıq səma altında qurulacaq işğal muzeyindən DANIŞDI » İnterxəbər.Az
interxeber.az » Mədəniyyət » Nazir açıq səma altında qurulacaq işğal muzeyindən DANIŞDI


Nazir açıq səma altında qurulacaq işğal muzeyindən DANIŞDI

1-04-2021, 00:43
Oxunub: 184
Çap et
“İşğaldan azad edilmiş ərazilərdəki muzey və abidələrin bərpası ilə bağlı layihələndirmə prosesindəyik. Bu prosesə birinci Ağdam rayonundan başlayırıq”.

Bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, bu sahəyə beynəlxalq ekspertlər cəlb edilib.

“Prezident İlham Əliyevin də elan etdiyi kimi, Ağdamda açıq səmada işğal muzeyinin layihələndirilməsi prosesindəyik. Məqsədimiz ondan ibarətdir ki, insanlar açıq səmadakı muzeydə dağıntıların miqyasını, erməni vəhşiliyini və xislətini görə bilsin”.
Reytinq: