Ana südü ilə qidalanan körpəyə əlavə qidalar nə zamandan verilə bilər?

Müsahibimiz pediatr Fərəh Vahabovadır.

Qısa arayış: Dr. Vahabova Fərəh Məsalik qızı 1997-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakultəsinə daxil olmuş və 2003-cü ildə orani müvəffəqiyyətlə bitirmişdir. 2003-2004-cü illərdə Elmi Tədqiqat Pediatriya institutunda internatura keçmişdir. 1993-2006-cı illərdə Elmi Tədqiqat Pediatriya institutu, yenidoğulmuşların patologiyası şöbəsində tibb bacısı kimi çalışmışdır. 2006-2009-cu illərdə Medi Club tibb mərkəzinin Təcili Yardım şöbəsində həkim-pediatr kimi çalışmışdır. 2009-2012-ci illərdə Mərkəzi Klinik Xəstəxananın Uşaq mərkəzində həkim-pediatr işləmişdir. 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq vəzifəsində çalışmaqdadır.

- Başlayaq yeni doğulmuşlardan. Körpənin olduğu otağın tepmeraturu neçə dərəcə olmalıdır?

- Körpənin qaldığı otağın temperaturu 22-24 dərəcə olsa, yaxşı olar. Körpəni bələmək lazım deyil, üstünə nazik örtü salın. Otağın temperaturu 20 dərəcə olarsa, qalın örtü və ya yorğan sala bilərsiniz. Otağın temperaturu normal olarsa, yatarkən uşağın baş örtüyünü çıxarmaq lazımdır.

- "Topuq testi" adlandırılan analizi vermək məsləhətdirmi?

- Yeni doğulmuşlarda "topuq testi" və ya "tarama testi" və ya "zeka testi" adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test ilə fenilketonuriya ve anadangəlmə hipotireoz təyin edilir. Bu test çox ölkələrdə rutin olaraq bütün yenidoğulmuşlara təyin olunur. Bizim ölkədə, təəssüf ki, hələ rutin deyil, valideynlərin istəyi ilə olunur. Bu testlərin nəticəsi çox önəmlidir. Əgər problem varsa, erkən müalicə başlanılmazsa, zehni problemlər, fiziki – psixi inkişafdan geri qalma, katarakta kimi xəstəliklərə gətirib çıxara bilər.

- Körpələrə D vitamini nə zamandan etibarən verilməlidir?

- Yaz, payız, qış aylarında doğulan körpələrə 20 günlüyündən etibarən D vitamini verilməlidir. Yay ayları sağlam uşağa D vitamini verilmir, amma uşaq havada daha çox olmalıdır. Səhər saat 11:00 qədər və 18:00 sonra günəş şualarının altında, günorta saatları isə kölgədə olmalıdır və bununla o, sutkalıq D vitaminini almış olur. Əlavə olaraq, südəmər uşaqların anası əgər gün ərzində günəş şualarının altında olursa, onun südü ilə korpə D vitamini almış olur. Süni yeməklərin tərkibində də vitamin kompleksi və D vitamini də var. D vitamini uşağa 3 yaşına qədər verilməlidir.

- Bir az da bütün anaları narahat edən timus problemindən danışaq. Bu xəstəliyin yaranma səbəbi , təhlükəlilik dərəcəsi nədir?

- Timus xəstəlik deyil. Timus və ya Çəngələbənzər vəzi uşaqlıq dövrünə xas olan bir vəzdir. 15 yaşınadək uşaqlarda olur, sonra piy vəzi ilə əvəz olunur. Endokrin sisteminin bronxiogen vəzlərindəndir. Bu vəzi sümüklərdə kalsium duzlarının çökməsini və boyatma prosesini tənzim edir. Bu vəzi immun sisteminin T – hüceyrelerinin formalaşmasında iştirak edir, bu da o deməkdir ki, immuniteti formalaşdırır. Qanın tərkibinə təsir edərək limfositlerin miqdarını coxaldır. Timus vəzinin şişi Timoma adlanır. Əzələ gücsüzlüyü, yumşaqlığı, öskürək, döş qəfəsində sıxıntı ilə xarakterizə olunur. Onun mualicəsi cərrahi yolu ilə hormonoterapiya və radioterapiya ilə aparılır.

- Anaları narahat edən daha bir məqam uşaqlarda qəbizlik problemidir. Bu problem necə və hansı yolla aradan qaldırmaq olar?

- Qəbzlik problemi əsasən düzgün qidalanmayan uşaqlarda olur. Gün ərzində uşaqlar meyvə şirəsi ilə bərabər, meyvə püresi yeməlidir, maye içməlidir, sulu yeməklər, şorbalar yeməlidirlər, quru yemeklərdən az istifadə olunmalıdır, qatıq məsullarından lazımi qədər istifade olunmalıdır. Uşaq hərəkət etməlidir, gün ərzində 2 saat havada gəzməlidir. Oturaq, hərəkətsiz həyat nəinki qəbzliyə, başqa problemlərə də gətirib çıxara bilər. Körpə uşaqlarda qəbzlik dizbakteriozla bağlı olur. Normal flora vasitəsi ilə dizbakterioz aradan gotürülürsə, qəbzlik müalicə olunur. Lakin bəzi uşaqlarda Hirşprung xəstəliyi (meqakolon, el arasında uzun bağırsaq xəstəliyi adlanır) ola bilər. Bu xəstəlik zamanı bağırsaqların bir hissəsində anadangəlmə sinirlənmə inkişaf etməyib. Bu da ximusun hərəkətinə mane olur. Müalicə yalnız cərrahi yolu ilə olunur. Bunu dəqiqləşdirmək üçün uşaq müayinə olunmalıdır.

- Yeni doğulmuşlarda ən çox rast gəldiyimiz məsələlərdən biri də qaz və köp problemidir. Bunun ən sadə həlli yolu hansıdır?

- Qaz və köp problemi hər zaman çox aktual problem olub. Körpələrdə bağırsaq florası doğularkən lazımı qədər olmur. Körpə ana südünü əmərkən döşətrafı nahiyə və ana südünün köməyi ilə bağırsaq florası artır. Süni qidaların tərkibinə də hazırda normal flora əlavə olunur. Bu da süni qida ilə qidalanan uşaqlarda köp problemini qismən də olsa aradan qaldırır. Əlavə olaraq süd verən ana öz qidalanmasına ciddi fikir verməlidir, köp verən qidaları qəbul etməməlidir.

- Uşaqlarda qurd infeksiyalarının yaranma və yayılma səbəbləri hansılardır? Ümumiyyətlə qurd xəstəliyinin uşağın inkişafına hansı zərərləri var?

- Helmentlər (qurdlar) uşaqlarda adətən 1 yaşından sonra aşkarlanır. Bu yaşdan etibarən uşaqlar ətrafda olan bütün əşyalarla oynayıb, ağızlarına apara bilirlər. Bu da onların bağırsaqlarında qurd yumurtalarının düşməsinə səbəb olur. Helment yumurtaları nəcisnən xaric ola bilərlər ya da inkişaf dövrünü keçib helmentlərə çevrilə bilərlər. Helmentler əsasən bağırsaqların divarlarına yapışaraq həzm olunmuş qida maddələr ilə, vitaminlərlə, minerallarla qidalanaraq parazit həyatı sürürlər. Belə uşaqlarda zəifləmə, iştahasızlıq, dərinin solğunluğu, əsəbilik, qan azlığı (anemiya ), qarın nahiyyəsində periodik ağrılar, bəzi uşaqlarda səpgilər qeyd olunur. Bununla əlaqədar hər bir uşaq ildə 2 dəfə helmentlerin aşkarı üçün müayinə olunması vacibdir.

- Nəcis əkilməsi analizi mütləqdirmi? Bu nə zaman verilməlidir?
- Nəcisin əkilməsi bağırsaq infeksiyasını aşkarlamaq üçün olan vacib analizdir. Bu analiz nəinki infeksiyanı aşkarlayır, eyni zamanda o infeksiyaya həssas olan antibiotiki (antibiotikoqramma) təyin edir. Əgər uşaqda bağırsaq infeksiyası şübhəsi varsa, nəcisin ümumi müayinəsi ilə birlikdə nəcisin əkilməsi vacib analiz sayılır.

- Ana südü ilə qidalanan körpəyə əlavə qidalar nə zamandan verilə bilər?
- Ana südü körpələr üçün ən önəmli qidadır. Ona görə də ilk 3 ay ərzində körpələr yalnız ana südü ilə qidalanmağı məsləhətdir. 3 ayından sonra əlavə qidaya başlayarkən meyvələrə üstünlük verilir, əsasən alma şirəsinə, sonrakı aylarda isə meyvə püresinə. Meyvələri bişirmək lazım deyil, bişməmiş meyvə vitaminlərlə zəngindir. Meyvələrin şirəsini çıxararkən həmən körpəyə vermək lazımdır. Meyvənin şirəsini damlalarla başladaraq çoxaltmaq lazımdır. Sonrakı aylarda körpənin rasionunu genişləndirərək menyuya tərəvəz pürelərini və sıyıqları əlavə etmək lazımdır. Bu qidalar gün ərzində 1 dəfə verilir, üstünlük, əlbəttə ki, ana südünə verilir.

- Son olaraq pediatr kimi analara nə məsləhət görürsünüz?

- İlk növbədə demək istəyirəm ki, uşaqlar 1 yaşa qədər çox həssasdırlar və maksimal diqqət tələb edirlər. Bu yaş qrupunda uşaqların xasiyyəti formalaşır, sağlamlıqlarının əsası qoyulur. Çox analar uşaqlarını dayələrə və ya nənələrə həvalə edərək iş yerlərini itirməmək üçün işə getmək məcburiyyətində qalırlar. Bu da hər zaman körpəyə müsbət təsir göstərmir. Əgər qanuna uyğun olaraq 3 yaşına qədər, siz körpənizin daim yanında olaraq onun tərbiyəsi, sağlam böyüməsi üçün vacib olan düzgün qidalanması, profilaktik peyvəndlərin vaxtında vurulması ilə məşğul olsanız, sizin uşağınız hər bir cəhətdən sağlam böyüyəcək.Gənc analar mütləq bu müsahibəni oxusun

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər