Bu gün Milli Xalça Muzeyində Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə tədbir keçirilib.

Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq, tədbir çərçivəsində “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatının keçiriləcəyini bildirib.

Xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair Dövlət Proqramının icrası ilə bağlı həyata keçirilən layihə çərçivəsində Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın (“Şamaxı”, “Xilə-buta”, “Xətai”, “Əjdahalı”, “Naxçıvan”) təbii yunun öz rəngindən istifadə edərək replikaları toxunub. Qeyd olundu ki, xalçatoxumada bu ən erkən texnoloji üsul sayılır.
Təbii boyaq maddələri ilə boyanma prosesi başlanandan sonra bu üsuldan daha az istifadə olunurdu.

Müasir dövr Azərbaycan xalçaçılığında ilk dəfə tanınmış xalçaçı-rəssam Cəfər Müciri yunun öz təbii rənglərinin müxtəlif çalarlarından məharətlə istifadə edərək XVII əsrdə yaşayıb-yaratmış şair Saib Təbriziyə həsr olunan xalça toxuyub. Hazırda həmin əsər muzeyin kolleksiyasında saxlanılır.

Sonra Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əzəli Azərbaycan torpağı olan Qarabağın düşmən işğalından azad edilməsi və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı Şanlı Qələbə münasibətilə təbriklərini çatdırıb, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarına Allahdan rəhmət diləyib.

Anar Kərimov qeyd edib ki, Azərbaycanda xalçaçılığın tarixi çox qədimdir:

“Onun ilk nümunələrinin meydana gəldiyi dövr eramızdan xeyli əvvələ təsadüf edir. Azərbaycan mədəniyyətində xalça sadəcə bir ev bəzək elementi deyil, həm də bir-birini əvəz edən tarixi dövr və üslubları cəmləşdirərək bədii zövqün və mentalitetin özünəməxsusluğunu əks etdirir.

Zaman-zaman işğala məruz qalan ölkəmizin əsrlərlə yaşı olan maddi mədəni irs nümunələri, o cümlədən, xalçalar qarət edilib, xarici ölkələrə aparılıb. Sevindirici haldır ki, bir çox nadir xalça nümunələrinin ölkəmizə qaytarılması istiqamətdə addımlar atılıb. Belə ki, muzeylər tərəfindən xarici muzeylərlə əməkdaşlıq əlaqələri qurulur, birgə fəaliyyətlə bağlı memorandumlar imzalanır.

Azərbaycan Milli Xalça Muzeyi də öz növbəsində bu istiqamətdə mühüm işlər görür. Xüsusilə vurğulamaq istərdim ki, ölkəmizin nadir sənət incilərindən olan xalçaların daha geniş və səmərəli nümayişi məqsədilə dövlət başçısının sərəncamına əsasən inşa edilən və artıq Bakı şəhərinin simvollarından birinə çevrilmiş açılan sehrli xalça formalı bu bina xalçaçılıq sənətinə verilən dəyərin bariz nümunəsidir”.

Qeyd olunub ki, dövlət tərəfindən daim diqqət və qayğı göstərilən xalçaçılıq sənətinin inkişafı, beynəlxalq arenada tanıdılması böyük əhəmiyyət kəsb edir. 2017-ci ildə 20-dən çox ölkədən mütəxəssislərin iştirakı ilə “Ənənə və innovasiyalar” mövzusuna həsr olunmuş Azərbaycan xalçası üzrə V Beynəlxalq simpoziumun keçirilməsi də bu diqqətin təzahürüdür:

“Ölkə başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət müvəffəqiyyətlə davam etdirilir.

Heydər Əliyev Fondu tərəfindən, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə UNESCO-nun baş qərargahında və bir sıra ölkələrdə Azərbaycan xalça sənətinin təbliği məqsədilə çoxsaylı layihələr reallaşdırılır. Bu ilin 29 yanvar tarixində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə UNESCO-nun baş qərargahında təşkil olunan “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi də bu qəbildəndir”.

Hazırda ölkəmizdə hər kəsin böyük qürur və iftixarla şanlı Qələbəni qeyd etdiyini vurğulayan Anar Kərimov müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpasına başlanacağını bildirib:

“Bu isə o deməkdir ki, illərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da öz vətəninə qayıdacaq və 30 ilə yaxındır qəriblik həyatı yaşayan xalçalar doğma məkanında sərgilənəcək”.

Anar Kərimov çıxışının sonunda xoş müjdəli bir xəbəri də tədbir iştirakçıları ilə bölüşüb.

“Yaxın zamanlarda dünya hərraclarına çıxarılmış Azərbaycana məxsus iki Qarabağ xalçası da əldə edilərək, vətənə qaytarılacaq. XVIII-XIX əsrlərə aid bu xalça nümunələri Milli Xalça Muzeyinə gətirildikdən sonra ictimaiyyətə təqdim olunacaq”.

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək Azərbaycan – UNESCO əlaqələrinə toxunub.

Bildirib ki, ölkəmizin UNESCO ilə münasibətlərinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu var.

Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Vidadi Muradov isə çıxışında Qarabağ xalçaları, Şuşa Xalça Muzeyinin fəaliyyəti ilə bağlı məlumatları diqqətə çatdırıb.

Sonra qonaqlar “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” adlı sərgi ilə tanış oldular.

Nazir müavini: “Hərraclara çıxarılmış iki Qarabağ xalçası vətənə qaytarılacaq” - FOTO

Son xəbərlər

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

İsrail atəşkəs danışıqlarını bərpa edəcək

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb

Hakan Fidan: “Azərbaycan Qafqazın yeni doğan günəşidir”

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Türkiyə və Rusiya XİN başçılarının müavinləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə ediblər

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib - YENİLƏNİB + FOTO

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Almaniya ordusunda silah, texnika və şəxsi heyət çatışmır

Azərbaycan və Qazaxıstan prezidentləri Şuşaya səfər ediblər - FOTO

Paşinyan: “Azərbaycanla delimitasiya prosesi Tavuşdan başlaya bilər”

Dünya brendi Rusiyada böyük məbləğdə cərimələndi

Finlandiya limanlarında bütün yükdaşımaları dayandırıldı

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı

Husilər ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etdilər - FOTO

Misirə silah arxasınca gedən Paşinyan məyus qayıtdığını etiraf etdi - FOTO

Ərdoğan Zelenski ilə görüşdü

Ağdam, Füzuli və Xocavənd rayonlarına Prezidentin xüsusi nümayəndəsi təyin edildi

Rusiyanın baş naziri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər