Nimdaş, baxımsız, diqqətdən kənar məktəb binası vaxtı ilə Azərbaycan tarixində çox böyük əhəmiyyətə malik olan elm ocaqlarından biri hesab edilən Qazax Müəllimlər Seminariyasının yerləşdiyi tarixi binadır.

Burada ölkəmizin maarifçiləri, görkəmli şəxsiyyətləri, elm adamları yetişib.

Qazax Müəllimlər Seminariyasının tarixi Gürcüstandakı Qori Seminariyasından başlayır.

Rusiya İmperatoru II Aleksandrın fərmanı ilə Qori şəhərində Zaqafqaziya Seminariyası açılır. 1880-ci il may ayının 30-u bu seminariyanın tərkibində azərbaycanlı tələblərdən ibarət müsəlman bölməsi də fəaliyyətə başlayır.

Azərbaycan Cümhuriyyəti yaradıldıqdan sonra seminariyanın Azərbaycan bölməsi vətənə köçürülür. Bu işdə görkəmli maarifçi, Firudin bəy Köçərli böyük rol oynayır. Onun bilavasitə səyi və təşkilatçılığı ilə seminariyanın Azərbaycan bölməsi Qazaxa köçürülür və fəaliyyətə başlayır.

Elə Qazax Müəllimlər Seminariyasının direktoru da Firudin bəy Köçərli olur. O dövrdə Qazaxda ən tanınmış xeyriyyəçi və mülkədarlardan biri olan Məşədi İbrahim Hacı İsmayıl oğlu Kosalı özünün 17 otaqdan ibarət malikanəsini Qazax Müəllimlər Seminariyasına hədiyyə edir.

Təəssüf ki, hazırda tarixi binada vəziyyət heç də ürəkaçan deyil. Tikili, sözün həqiqi mənasında, dağılmaq üzrədir. Yararsız otaqlar, pəncərələr, məişət tullantıları içərisində batan bina.

Tikilidə binanın yerli əhəmiyyətli memarlıq abidəsi olması öz əksini tapır. Daha dəqiq desək, vurulan lövhədə binanın Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındığı yazılıb. Lakin nə qeydiyyata alan qurum, nə də digər aidiyyəti qurumlar binanın vəziyyəti ilə maraqlanmır.

Məsələ ilə bağlı Qazax rayonunda yerli qurumların heç birindən münasibət öyrənə bilmədik.

Daha doğrusu, istər İcra Hakimiyyəti, istərsə də digər qurumların rəsmiləri binanın vəziyyəti ilə bağlı danışmaq istəmədilər.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər