Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/interxeber/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Türkiyədə ev alanları nə gözləyir? - RƏY
DataLife Engine > İqtisadiyyat, Son xəbərlər > Türkiyədə ev alanları nə gözləyir? - RƏY

Türkiyədə ev alanları nə gözləyir? - RƏY


14-08-2018, 10:27. Разместил: inter
Türkiyədə dolların lirəyə nisbətdə güclənməsi bu ölkənin daşınmaz əmlak bazarının cəlbediciliyini artırıb.

Nəzərə alsaq ki, azərbaycanlılar qonşu dövlətdən ev alanların reytinqində 13-cü sıradadırlar, “Hazırkı şəraiti daşınmaz əmlak alıcıları üçün fürsət kimi dəyərləndirmək olarmı?” sualı ortaya çıxır.

Onu da qeyd edək ki, Azərbaycan vətəndaşları iyun ayında bu ölkədən 82 mənzil alıblar. Ötən ilin iyun ayı üzrə bu rəqəm 46 mənzil təşkil edib.

Həmyerlilərimiz qonşu ölkədən mayda 75, apreldə 68, martda 61, fevralda 63, yanvarda 65 mənzil alışı reallaşdırıblar. Ümumilikdə, ilin əvvəlindən Azərbaycan vətəndaşları Türkiyədən 414 mənzil alıblar.

Xatırladaq ki, 2017-cı ildə Azərbaycan vətəndaşları təkcə Türkiyədən 942 daşınmaz əmlak alıblar. 2016-ci ildə isə bu rəqəm 610 mənzil olub.

Müqayisə üçün bildirək ki, Bakı şəhəri üzrə ilkin mənzil bazarında hazırda orta qiymət 148 min 516 dollar, təkrar mənzil bazarında 109 min 497 dollardır. Türkiyədə lüks dairələrdə evlərin dəyəri 290 min tl təşkil edir. Yəni, manat ekvivalenti ilə 75 min 808 manat.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bildirdi ki, hər hansı ölkədə milli valyutanın ucuzlaşması həmin dövlətə kənardan axın, investisiya qoyuluşunu çoxaldır:

“Xüsusilə Türkiyə kimi turizm baxımdan inkişaf etmiş, oturuşmuş iqtisadiyyata malik ölkənin daşınmaz əmlak bazarı cəlbedicidir. Lirənin ucuzlaçması qonşu ölkədən ev alan Azərbaycanlıların sayını artıracaq.

Ekspert Rəşad Əliyev ilin əvvəlində Türkiyədən mənzil alanların peşman olduqlarını düşünür:

“Hazırda lirə dollara nisbətdə kəskin ucuzlaşıb. Bu, valyutası lirəyə nisbətdə güclü olan ölkələr üçün mənzil bazarını cəlbedici edib. Lakin hazırkı vəziyyət müvəqqəti də ola bilər. Manatın devalvasiyasında da eyni situasiya yaşanmışdı. Lakin bir müddət sonra manat özünü toparladı”.

R.Əliyev Türkiyənin daşınmaz əmlak bazarında investisiyaların artacağının gözlənilən olduğunu deyir.

“Yerli bazarda hazırda durğunluqdur. Qiymətlər sabit olaraq qalır. Sentyabrdan bazarda qiymət dəyişiklikləri gözlənilir. Lakin qiymət azalmalarına təsir edən amillər zəif olduğundan prosesin bu yöndə cərəyan etməsi real deyil”.
Türkiyədə ev alanları nə gözləyir? - RƏY


Вернуться назад