DataLife Engine / Azərbaycan idxalı artırıb, ixracı azaldıb

Azərbaycan idxalı artırıb, ixracı azaldıb

“Ən çox İtaliya ilə ticari əlaqələrdə olub”.

2015-ci ilin yanvar-mart ayları ərzində 122 ölkə ilə xarici iqtisadi fəaliyyət həyata keçirilib. Xarici iqtisadi fəaliyyət iştirakçılarının 2 122-si hüquqi şəxs, 1 182-si isə fiziki şəxs olub.

Interxəbər xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin cari ilin I rübü üzrə hesabatında deyilir.

Statistik məlumata görə, 50 909 idxal bəyannaməsi, 7 439 ixrac bəyannaməsi imzalanıb. Ticarət əlaqələri zamanı 2 milyard 428 milyon 448,66 min dollarlıq mal və məhsul idxal olunub, 3 milyard 383 milyon 686,61 min dollarlıq mal və məhsul isə ixrac edilib. İxrac olunan malların çeşidlərinin sayı isə 950 ədəd olub.

Hesabat dövründə Azərbaycanla daha çox Avstriya, Belarus, Çin Xalq Respublikası, Çexiya Respublikası, Almaniya Federativ Respublikası, Gürcüstan, Yunanıstan Respublikası, Hindistan, İndoneziya, Türkiyə Respublikası, Rusiya Federasiyası arasında ticarət əlaqələri qurulub. Ticarət əməliyyatları ən çox İtaliya Respublikası ilə həyata keçirilib. Bu ölkə ilə 112475,73 min dollarlıq idxal əməliyyatı, 773632,26 min dollarlıq ixrac əməliyyatı qeydiyyata alınıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal əməliyyatlarının həcmi 37,66% artıb, ixrac əməliyyatlarının həcmi isə 37,07% azalıb
20-04-2015, 21:18
Вернуться назад