Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/interxeber/public_html/engine/modules/show.full.php on line 348 DataLife Engine > Версия для печати > Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI
DataLife Engine > İqtisadiyyat > Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI

Ukrayna və Azərbaycan arasında qarşılıqlı sərmayələrin həcmi AÇIQLANDI


2-09-2021, 16:58. Разместил: inter
Bu ilin yanvar-mart aylarında Azərbaycan Ukraynaya 170,5 milyon ABŞ dolları məbləğində birbaşa investisiya qoyub.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna “Terezi” Ukrayna-Azərbaycan Biznes Assosiyasiyasından məlumat verilib.

Ukrayna İqtisadiyyat nazirinin müavini İrina Novikovanın Assosiasiya rəhbəri Cəlal Hüseynovun məktubuna rəsmi cavabında bildirilir ki, bu göstərici, 2020-ci ilin sonu ilə müqayisədə 0,5 % çox, 2019-cu ilin sonu ilə müqayisədə isə 12,2 % azdır.

Ümumiyyətlə, Azərbaycan son bir neçə il ərzində Ukraynaya, təxminən, 2 milyard ABŞ dolları məbləğində sərmayə qoyub. Azərbaycanda 215 şirkətinin fəaliyyət göstərdiyi Ukrayna isə ölkəmizə cəmi 25 milyon ABŞ dolları sərmayə yatırıb.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında xarici ticarət dövriyyəsi 466,943 milyon ABŞ dolları olub ki, bu da illik müqayisədə 10 % azdır. Bunun 210,379 milyon ABŞ dolları ixracın, 256,563 milyon ABŞ dolları isə idxalın payına düşüb. Hesabat dövründə ixrac 22,9 % az, idxal isə 4,3 % artıb.

Вернуться назад