DataLife Engine / “Barclays” neftin qiymətinə dair proqnozunu açıqladı

“Barclays” neftin qiymətinə dair proqnozunu açıqladı

Neft bazarındakı tələbat və təklifin mövcud dəyişkənliyi qarşıdakı aylar ərzində qiymətlərin aramla artacağını göstərir.

Reuters”ə istinadən xəbər verir ki, bu, “Barclays” bankının araşdırmasında bildirilir.

Qeyd olunur ki, qarşıdakı aylar ərzində OPEC+ kənardakı təklifin nisbətən gec reaksiyası üzündən tədarükü çox ləng bərpa edərsə, neftin qiyməti qarşıdakı aylarda 100 dollaradək arta bilər. Amma tələbatın xeyli azalma imkanları və siyasi mülahizələr diqqətə alınsa, OPEC+ tərəfindən bunların məqbul nəticə olaraq qəbul ediləcəyi müəmmalıdır”.

Xatırladaq ki, OPEC+ formatının iştirakçıları cari ilin avqust – dekabr dövrü ərzində gündəlik hasilatı ayda 400 min barel artırmaq barədə razılığa gəlib. “Barclays”-ın qənaətincə, 2021-ci il başa çatandan sonra İran nüvə razılaşması yenidən qüvvəyə minəcəyi təqdirdə bu ölkə neft ixracatını əhəmiyyətli dərəcədə artırsa, sözügedən artım səviyyəsinin daha da artırılmayacağı inandırıcı deyil.

“Barclays”ın ehtimalına görə, “Brent” markalı neftin orta qiyməti bu il 69 ABŞ dolları (əvvəlki proqnoz 66 dollar), gələn il 68 dollar, “WTI” markalı neftin də orta qiyməti bu il 67 dollar (əvvəlki proqnoz 62 dollar), gələn il 65 dollar təşkil edəcək.

Həmçinin tələbatın dirçəlməsi baxımdan koronavirusun yeni variantları tərəfindən müəyyən təhlükə olsa da, peyvəndləmə işləri vüsət aldıqca bunun təsirinin ilin əvvəlkindən az olacağı da qeyd olunub.
23-07-2021, 13:27
Вернуться назад