DataLife Engine / Dövlət şirkətləri gəlirlərini artırıb - SİYAHI + FOTO

Dövlət şirkətləri gəlirlərini artırıb - SİYAHI + FOTO

2021-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Oxu.Az-ın məlumatına görə, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında öz əksini tapıb.

Təqdim edilən dövlət müəssisələri bu dövr ərzində ölkəyə 282,6 milyon ABŞ dolları həcmində gəlir gətirib.

Siyahıya 67,2 milyon dollar ixrac həcmi ilə “SOCAR Polymer” başçılıq edir. Şirkətin ixrac həcmindən əldə etdiyi gəlirlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 61,9 faiz artıb.

Daha sonra ixrac həcminə görə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi gəlir. Bu dövrdə İdarə ixrac gəlirlərindən 67 milyon dollar gəlir əldə edib və bu, illik müqayisədə 43,2 faiz çoxdur.

Ötən illə müqayisədə ixrac gəlirlərini artıran dövlət şirkətlərinə “Azəralüminium” MMC (45,2 milyon dollar və ya illik müqayisədə 2,2 dəfə çox), “AzərGold” QSC (42,6 milyon dollar və ya illik müqayisədə 2,2 dəfə çox) və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC (34,6 milyon dollar və ya 3,2 dəfə çox) gəlir.

Digər dövlət şirkətlərinin ixracdan əldə etdiyi gəlirlərlərin həcmi ilə infoqrafdan tanış ola bilərsiniz:
Dövlət şirkətləri gəlirlərini artırıb - SİYAHI + FOTO
31-05-2021, 21:48
Вернуться назад