DataLife Engine / Moody's: Növbəti 2-3 il ərzində Azərbaycanda ÜDM artımı orta hesabla 3 % təşkil edəcək

Moody's: Növbəti 2-3 il ərzində Azərbaycanda ÜDM artımı orta hesabla 3 % təşkil edəcək

müəyyənləşməyə davam edəcəyini gözləyir.

“Report” xəbər verir ki, agentliyin məlumatına görə, neft-qaz sektoru ÜDM-in 45 %-ni, ümumi əmtəə ixracatının 90 %-ni, sənaye istehsalının 70 %-ni və konsolidə edilmiş dövlət gəlirlərinin 60-70 %-ni təşkil edir.

“2021-ci ildə koronavirusla bağlı məhdudiyyətlərin zəifləməsi nəticəsində fəaliyyət və hərəkətdə yaranacaq baza effektlərdən başqa, OPEC ilə razılaşma çərçivəsində neft hasilatı, habelə keçən ilin sonunda Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisinin başa çatması ilə əlaqədar Avropaya qaz ixracatı artacaq. Bu da “Moody`s”in ÜDM-in real artımının 3,5 % səviyyəsində olacağı ilə bağlı proqnozunu dəstəkləyir”, - məlumatda deyilir.

“Moody's”in qiymətləndirməsinə görə, növbəti 2-3 il ərzində artım orta hesabla 3 % təşkil edəcək.

“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xarici valyutada ifadə olunan və likvid bazarlara sərmayə kimi yatırılan aktivləri, pandemiyaya baxmayaraq, 2020-ci ildə artmağa davam edib və birbaşa dövlət borcunun, demək olar, 480 %-ni ödəmək üçün kifayət qədər böyükdür. “Moody's”in ortamüddətli perspektivdə neftin bir barreli üçün 45-65 ABŞ dolları olan qiymətlər gözlədiyini nəzərə alsaq, hökumətə transfertlərdə kəskin artım olmayacağı təqdirdə ARDNF-in aktivlərinin yaxın bir neçə il ərzində artmağa davam edəcəyi ehtimalı var”, - məlumatda deyilir.
6-04-2021, 23:00
Вернуться назад