DataLife Engine / Dövlət Neft Fondu dollar satışını kəskin azaldıb

Dövlət Neft Fondu dollar satışını kəskin azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında satılan vəsaitin həcmi açıqlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata əsasən, 2021-ci ilin fevral ayı ərzində 437,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Bu isə 2020-ci ilin fevral ayı ilə müqayisədə 19,5 faiz və ya 106,1 milyon ABŞ dolları qədər, əvvəlki ayı ilə (2021-ci ilin yanvar) müqayisədə isə 32,2 faiz və ya 207,6 milyon dollar azdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin fevral ayı ərzində 543,4 milyon ABŞ dolları məbləğində, 2021-ci ilin yanvar ayı ərzində 644,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
2-03-2021, 00:26
Вернуться назад