DataLife Engine / Bu il SOCAR üzrə 6,1 milyard kubmetr qaz hasil olunub

Bu il SOCAR üzrə 6,1 milyard kubmetr qaz hasil olunub

2020-ci ilin 10 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz və ya 1,6 milyard kubmetr çox artımla 30,5 milyard kubmetr qaz hasil edilib.

Energetika Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, qaz hasilatının 9,7 milyard kubmetri Azəri-Çıraq-Günəşli-dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 6,1 milyard kubmetr qaz hasil olunub.

Bu dövr ərzində xaricə qaz satışı 10,8 milyard kubmetr təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz çoxdur. 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 20,9 faiz çox, yəni, 9 milyard kubmetr qaz, Gürcüstana isə 1,8 milyard kubmetr qaz ixrac edilib.

Eləcə də, TANAP ilə Türkiyəyə bu müddətdə 3,7 milyard kubmetr qaz nəql olunub. Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 174,7 milyard kubmetr, “Şahdəniz”dən isə 131,5 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 noyabr tarixinədək 87,6 milyard kubmetr qaz ixraca nəql edilib.
19-11-2020, 14:11
Вернуться назад