DataLife Engine / Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO

Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO

Azərbaycan məhsulları Üçüncü Çin Beynəlxalq İdxal Sərgisində nümayiş olunur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Şanxay şəhərində keçirilən sərgidə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyantları, mineral sular, qənnadı məmulatları, çay, meyvə qurusu nümayiş olunur.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirir, məhsul ixracına dair müzakirələr aparırlar.

İdxal sərgisi İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun və Azərbaycanın Çindəki ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə baş tutub.
Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO
Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO
Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO
Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO
Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO
Azərbaycan məhsulları beynəlxalq Çin sərgisində - FOTO
6-11-2020, 20:10
Вернуться назад