DataLife Engine / Kredit təşkilatlarında depozit və əmanətlərin həcmi 4 faiz azalıb

Kredit təşkilatlarında depozit və əmanətlərin həcmi 4 faiz azalıb

Sentyabr ayında kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin həcmi 22 milyard 495,1 milyon manat olub.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az olub.

Depozit və əmanətlərin bölgüsünə əsasən, ev təsərrüfatları üzrə onların həcmi 7 milyard 834,2 milyon manatı təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 9 faiz az olub. Həmçinin, manatla depozit və əmanətlərin həcmi 3 milyard 613,6 milyon manat, xarici valyuta ilə isə 4 milyard 220,6 milyon manat olub.


Maliyyə təşkilatları üzrə deposit və əmanətlərin cəmi 2 milyard 19 milyon manat olub ki, bu ötən ilə nisbətən 19,9 faiz çoxdur. Depozit və əmanətlərin manatla həcmi 650,2 milyon manat, xarici valyutada isə 1 milyard 368,9 milyon manatı təşkil edib.

Qeyri-maliyyə təşkilatları üzrə depozit və əmanətlərin həcmi 12 milyard 641,9 milyon manat olub ki, bu da 2019-cu ilin cari dövrü ilə müqayisədə 3,8 faiz azdır. Belə ki, cari depozit və əmanətlərin manatla həcmi 5 milyard 281,2 milyon, xarici valyutada həcmi isə 7 milyard 361,7 milyon manatı təşkil edib.
28-10-2020, 11:34
Вернуться назад