DataLife Engine / Pandemiya ilə əlaqədar Britaniyada vergilər rekord həddə çatdı

Pandemiya ilə əlaqədar Britaniyada vergilər rekord həddə çatdı

İngiltərə Maliyyə Nazirliyi koronavirus pandemiyası səbəbi ilə vergiləri rekord həddə qaldırmağı planlaşdırır.

Bu barədə “The Sunday Telegraph” hökumətdəki mənbələrə istinadən yazır.

Beləliklə, qurum epidemiya və iqtisadi azalma səbəbindən büdcə itkisini kompensasiya etmək istəyir.

Hökumət, aktivlərin satışı üçün baza vergi dərəcəsini 10 faizdən 20 faizə qaldırmaq variantını müzakirə edir. Həmçinin, ikinci mənzilin və ya evin satışında verginin 18 faizdən 20 faizə qaldırılmasının mümkünlüyü nəzərdən keçirilir.

Artırılmış dərəcədə vergi ödəyən zəngin vətəndaşlar üçün rüsum 20 faizdən 40 faizə qaldırıla bilər.

Bundan başqa, pensiya müavinətləri azaldılması, elektron satışa vergi tətbiqi, yanacaq ödənişlərinin artırılması məsələsi müzakirə olunur.
1-09-2020, 05:25
Вернуться назад