DataLife Engine / Əməkdar mühəndis haqqında söz

Əməkdar mühəndis haqqında söz

"Azərbaycan ta qədim zamanlardan
dinlərin,dillərin və mədəniyyətlərin
ünsiyyət yeri olmuşdur"
Heydər Əliyev

Qələmi çernildə bir an saxladım,
Bu qısa məqaləmi belə başladım.

1966-cı ildə ulu Cavadda,yəni Sabirabad rayonunun ən qədim qəzası olan Cavad kəndində Bəybala Quliyevin ailəsində sonuncu uşaq dünyaya göz açdı.Konkret olaraq Z.Quliyevin ömür yolunu səhifələdim.Onun o körpənin adın Zakir qoydular.Ziyalı ailəsində dünyaya göz açan Zakir Quliyev Şah İsmayıl Xətainin,hələ 15-ci əsrdə keçid tapa bilməzkən,dar cığırdan keçərkən həmin qəzanın adını Cavad deyərək adlandırmışdır.(Cavadın mənası keçid deməkdir).Vaxtilə adı Cavad qəzası olmaqda mərkəzi Cavad şəhəri olmuş,117 kəndi əhatə etmişdir.Həmin qəzanın ilk xanı isə Həsən xan olmuşdur.Onun babası Abdulla xan Ustaclıdır.Cavad qəzasında boya-başa çatmış Zakir Quliyev 1991-ci ildə Novocerkaski Mühəndis Meliorasiya İnstitutunu bitirmişdir.Hələ 1986-1991-ci illərdə Sabirabadda yerləşən 8 saylı Layihə Kənd-Tikinti İstehsalat Birliyinin səyyar mexanikləşdirilmiş dəstəsində fəhlə,sonra iş ustası,mühəndis,baş mühəndis vəzifələrində çalışmışdır.
1991-ci ildə çevikliyi,aktivliyi,prespektivliyi nəzərə alınaraq o vaxtki 8 Nömrəli trestin baş direktoru mərhum Cəlal Mənsimov tərəfindən SMD-nin rəisi vəzifəsinə təyin olunmuşdur.Hələ gənc yaşlarından rəhbər vəzifələrində işləyən Zakir Bəybala oğlu Quliyev 1988-2006-cı illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan Sabirabad Suvarma Sistemləri idarəsinin rəisi işləmişdir.Bu,Zakir Quliyevin həyatının tərəqqi yolu idi.Yenə həmin illərdə Kür və Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi vəzifəsinə yüksəlmişdir.2006-cı ilin sonunda cənab Əhməd Əhmədzadənin xeyir-duası və əmri ilə "Meliorasiya və Su Təsərrüfatı" ASC-də sədr müavini vəzifəsində indiyədək önəmlə çalışır.
Zakir Bəybala oğlu Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə ən yüksək ada-Əməkdar mühəndis adına layiq görülmüşdür.
Ailəlidir 3 övlad atasıdır.O,ciyər-parasına,oğluna mərhum atasının şərəfinə Bəybala adı qoymuşdur.Böyük qardaşları Elçin Quliyev,Namid Quliyev ən mühüm vəzifə keşikçilərindəndirlər.Təəsübkeşlikdə,insanpərvərlikdə,xeyirxahlıqda el arasında belə deyirlər,ancaq və ancaq mərhum atası Bəybala Quliyevə çəkmişdir.Necə deyərlər,onun yolu ilə gedir.Ulu Cavad kəndinin ağsaqqalı Şamil Qasımov,Mirfəttah Aslanov,Əlimərdan Məlikov daim Zakir haqqında şərəflə danışırlar.Sizə bu günlərdə uğurlar olsun,Əməkdar Mühəndisimiz Zakir Quliyev!
Sizə böyük rəğbət və məhəbbətlə bu şeiri ərməğan edirəm:

Yaz zamanı duyuram gül-çiçəyin ətrini mən,
Sizə həsr edirəm şeirimin hər sətrini mən.
Bülbüllər böylə deyirlər,yuvada
Qurban ollam Ata yurdum Cavada.

Ümumilli liderimiz,əbədiyaşar Prezidentimi 91-ci ildönümündə bu soyuq qış aylarında Əməkdar Mühəndisimiz,həmyerlimiz cənab Zakir Bəybala oğlu Quliyevə ardı-arası kəsilmədən eşq olsun!!!

Müəllif:Loğman Əliyev
Qızıl Qələm Media mükafatı laureatı

Əməkdar mühəndis haqqında söz
Əməkdar mühəndis haqqında söz
Əməkdar mühəndis haqqında söz
Əməkdar mühəndis haqqında söz
Əməkdar mühəndis haqqında söz
Əməkdar mühəndis haqqında söz
Əməkdar mühəndis haqqında söz
5-01-2015, 16:56
Вернуться назад