Neft nəyə görə bahalaşır? » İnterxəbər.Az
interxeber.az » İqtisadiyyat » Neft nəyə görə bahalaşır?


Neft nəyə görə bahalaşır?

20-04-2015, 19:55
Oxunub: 279
Çap et
Neftin qiyməti Yəməndəki ağır döyüşlərə görə bahalaşır.

Interxəbər xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mətbuatın məlumatına görə, ABŞ-da neft-qazma qurğularının ixtisar edilməsi də qara qızılın qiymətinin artmasına təsir göstərib. Belə ki, son bir həftə ABŞ-da neft-qazma qurğuları 3,44% azalıb.

Qeyd edək ki, bu gün dünya bazarlarında Brent markalı neftin bir barrelinin qiyməti 64,22 dollar olmuşdu.
Reytinq: