Samir Əliyev: “Neft əgər uzun müddət indiki səviyyədə qalarsa, banklarımızın mövqelərinin “mənfi”yə düşməsi ehtimalı artacaq”

Azərbaycanın bank sektoru neftin dünya bazarlarında ucuzlaşmasının, o cümlədən devalvasiyanın neqativ təsirlərini hiss etməkdədir.

Banklarımız bir-birinin ardınca beynəlxalq reytinq agentliklərində mövqelərini itirirlər. Ən yaxşı halda isə mövqelərini müvəqqəti də olsa qoruya bilirlər. Ekspertlərin sözlərinə görə, çətinliklə “pozitiv” mövqeyə yüksəlmiş banklarımız yenidən aşağı “sabit”ə endirilir. Əsas səbəb kimi aktivlərin pisləşməsi, valyuta mövqelərinin pozulması, problemli kreditlərin artmasıdır. Ekspert Samir Əliyevin sözlərinə görə, Azərbaycanın suveren reytinqinin pisləşməsi də bankların mövqeyinə zərbə vurur.

“Martın 19-da “Standard and Poors” reytinq agentliyi “Muğanbank” ASC-nin reytinqini “pozitiv”dən “sabit”ə salıb. Bankın uzunmüddətli və qısamüddətli reytinqi “В-/С” səviyyəsində saxlayıb. Digər bankın- “Pasha Bank” ASC-nin reytinqi “sabit” saxlanılıb. Uzunmüddətli və qısamüddətli reytinqi isə “BВ-/B” səviyyəsində təsdiq edilib. “Pasha Bank”ı kredit portfelində yüksək konsentrasiyanın olması xüsusilə narahatçılıqla qeyd edilir. Belə ki, bankın 20 kredit müştərisinin ümumi kredit portfelində payı 73 faiz təşkil edir və bu, çox risklidir”,- deyə S.Əliyev qeyd edib.

Onun sözlərinə görə, neftin ucuzlaşması fonunda yanvarın 30-da Azərbaycanın suveren reytinqinin “sabit”dən “mənfi”yə salınması (reytinq ВВВ-/А-3) bankların reytinqinin təsdiqində mənfi təsirini göstərib: “Martın 11-də Fitch agentliyi 6 bankımızın reytiqini nəzərdən keçirib. Agenlik Unibank və Dəmirbankın reytinqini “pozitiv”dən “sabit”ə salıb. AGBank və Bank Technique isə “mənfi” təsdiq edilmişdi. Expressbank və Atabankı isə “sabit”də saxlayıb. Ötən ay Moody`s agentliyi Beynəlxalq Bankın və VTB Bankın reytinqini “mənfi”yə endirmişdi. Yaxın gələcəkdə bankların reytinqlərinin zədələnməsi davam edəcək. Digər banklarının mövqelərinin zəifləməsi, ən yaxşı halda mövqelərinin artmaması müşahidə ediləcək. Neft əgər uzun müddət indiki səviyyədə qalarsa, banklarımızın mövqelərinin “mənfi”yə düşməsi ehtimalı artacaq”.

S.Əliyevin sözlərinə görə, reytinq agentliklərinin açıqlamaları göstərir ki, bank sektorunu gələcəkdə böyük çətinliklər gözləyir: “Proqnozlara görə, aktivlərin pisləşməsi davam edəcək, problemli kreditlərin həcmi artacaq, ölkədə iqtisadi aktivlik azalacaq. Bu isə bankların gələcəkdə mövqelərinin aşağı düşməsini şərtləndirəcək. Eyni zamanda hesabatlarda hökumətin dəstəyinin verilməsinin vacibliyi qeyd edilir və bankların mövqelərinin qorunmasında bu amil əsas kimi göstərilir

Son xəbərlər

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”

Bütün xəbərlər