İqtisadiyyat
28.07.2021, 22:35
FED yenə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxladı
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.
“Report”a istinadən xəbər veririk ki, bu barədə nizamlayıcının rəhbərliyinin iclasının nəticəsinə dair məlumatda bildirilir.
Açıq bazar əməliyyatları üzrə komitə federal fondlar faiz nisbətini 0-0,25% səviyyəsində saxlamağa qərar verib və hesab edib ki, əmək bazarındakı şərtlər təxminlərə uyğun səviyyəyə çatana qədər bu aralığın qorunması məqsədəuyğundur.
Xatırladaq ki, Federal Ehtiyat Sistemi 2021-ci ilin 16 iyun iclasında da uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlamışdı.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay