2021-ci ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsalı davam etdirərək istehsal aktivliyini artırıb və bununla da “Petkim”in istehsal gücü 92 %-ə çatıb.

Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2021-ci ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub. Qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz edib. İlk üç ayda ümumi gəliri 5 milyard TL-yə çatan şirkətin satışlarında daxili bazarın payı 66 % olub.

İSTEHSAL AKTİVLİYİ 92 %-Ə ÇATIB

2021-ci ilin ilk rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” pandemiya şəraitində davam etdirdiyi mənfəət artımı ilə yanaşı qlobal istehsalın azaldığı bir dövrdə istehsal tutumunun artırılması ilə də diqqətəlayiq bir nəticəyə imza atıb. Xammal məhdudiyyətləri səbəbindən bir çox neft-kimya şirkəti istehsalını azaltdığı və hətta dayandırdığı bir vaxtda “Petkim”in istehsal tutumunun aktivliyi 92 %-ə çatıb. “Petkim”in bu uğurunda STAR Neft Emalı Zavodu (NEZ) ilə birgə həyata keçirilən inteqrasiyalı istehsalın da böyük rolu olub. Rəqəmsal texnologiyaları istehsal proseslərinə uğurla tətbiq edərək xammal və əsas istehsal resurslarında yüksək məhsuldarlıq əldə edən STAR NEZ bu dövrdə tam gücü ilə fəaliyyətinə davam edərək “Petkim”i yüksək keyfiyyətli nafta ilə nizamlı bir şəkildə təmin edib. Planlaşdırılmış satış hədəflərini pandemiya müddətində reallaşdırmağa nail olan və effektiv dövriyyə kapitalı vasitəsilə büdcə hədəflərinə uyğun inkişafını davam etdirən Petkim 2021-ci ilin ilk üç ayında 892 milyon TL məbləğində xalis mənfəət əldə edib.

ƏVVƏLKİ RÜBƏ NİSBƏTƏN 56 % ARTIM ƏLDƏ OLUNUB

2021-ci ilin ilk rübünün nəticələrini dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, tibbi ləvazimat və gigiyenik məhsulların istehsalında istifadə edilən xammalın istehsalına diqqəti artıraraq, ilk növbədə, daxili bazarın tələbatı qarşılanıb və Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi olaraq yerli sənaye müəssisələrinin tələbləri fasiləsiz yerinə yetirilib. Dünya miqyasında tədarük zəncirində yaranan problemlərə baxmayaraq istehsalı fasiləsiz davam etdirdiklərini vurğulayan Anar Məmmədov daha sonra deyib: “Petkim” bu mürəkkəb dövrdə qlobal bazarda baş verən qiymət dalğalanmalarını effektiv bir şəkildə idarə edərək, əldə etdiyi üstünlükləri əməliyyatlarında əks etdirdi. Qlobal miqyasda xammal qiymətlərinin məhsul qiymətlərindəki artımdan geri qalması da bu müddətdə təsirli olub”.

İlin ilk rübündə uğurlu bir maliyyə göstəricisi nümayiş etdirdiklərini bildirən Anar Məmmədov bunu da əlavə edib: “EBITDA (əməliyyat qazancı) rəqəmlərimiz TL bazasında bundan əvvəlki rübə nisbətən 56 % artım göstərib. Mürəkkəb bir dövrdə əldə olunan bu göstəricilərdə innovativ həllər ilə əməliyyat məhsuldarlığının yüksəldilməsinin böyük təsiri olub. Zavodlarımızda məhsuldarlığın artması üçün həyata keçirdiyimiz əlavə investisiyaların həcmi 131 milyon TL-yə çatıb.

Maliyyə dayanıqlılığını dəstəkləmək məqsədilə borc ödənişlərinə prioritet verərək, bu dövrdə həyata keçirdiyimiz 478 milyon TL məbləğində xalis maliyyə ödənişi ilə güclü maliyyə strukturumuzun olduğunu göstərdik. Bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi mətbuat orqanlarından olan “International Finance” jurnalının açıqladığı Beynəlxalq Maliyyə Mükafatlarında “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülmüşük. Bu mühüm mükafatın ardınca açıqlanan birinci rüb nəticələrimizin də “Petkim” olaraq nümayiş etdirdiyimiz uğurlu fəaliyyətin bariz göstəricisi olduğunu düşünürük”.


“Petkim” pandemiyaya baxmayaraq istehsal gücünü 92 %-ə çatdırdı - FOTO

Son xəbərlər

Məmur özbaşnalığı

Ərdoğan İraqa səfər edəcək: 30-a yaxın sənəd imzalanacaq

Ərdoğan: “Fələstin-İsrail qarşıdurması bütün bölgəyə yayıla bilər”

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Bütün xəbərlər