Zakir Həsənov döyüş hazırlığını yoxladı
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.XezerXeber.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.
Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlıqları qarşısında müvafiq tapşırıqlar qoyub.(xezerxeber)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay