Magistral kəmərlərlə daşınan qazın həcmi 7 faizdən çox artıb » İnterxəbər.Az
interxeber.az » İqtisadiyyat » Magistral kəmərlərlə daşınan qazın həcmi 7 faizdən çox artıb


Magistral kəmərlərlə daşınan qazın həcmi 7 faizdən çox artıb

18-11-2020, 07:11
Oxunub: 146
Çap et
2020-ci ilin yanvar-oktyabr ayları ərzində magistral qaz kəmərləri ilə 23 milyard 610 milyon kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, daşınan qazın həcmində əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,3 faiz artım müşahidə olunub.

Qaz nəqlinin 41,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Müvafiq dövr ərzində boru kəməri vasitəsilə 9 milyard 850,1 milyon kub-metr qaz ötürülüb.
Reytinq: