DataLife Engine / “Zirə” daha bir futbolçu ilə yollarını ayırdı

“Zirə” daha bir futbolçu ilə yollarını ayırdı

“Zirə” futbol klubu Vüsal İsgəndərli ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

İnterxəbər.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Zirə” müdafiəçiyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl “Zirə” Adil Nağıyevlə də qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.
5-01-2019, 14:49
Вернуться назад