DataLife Engine / Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu

Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu

Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu
Norveç Qış Olimpiya Oyunlarının qalibi oldu
Norveç yığması Cənubi Koreyanın Phençhan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının qalibi olub.

Oxu.Az-ın məlumatına görə, norveçli idmançılar Olimpiadada 39 medal qazanıblar (14 qızıl, 14 gümüş və 11 bürünc).

Norveç təmsilçiləri bu medallardan yeddisini dağ-xizək idman növlərində (1-4-2), altısını biatlonda (1-3-2), 14-nü xizək yarışlarında (7-4-3), beşini xizəkdə tramplindən tullanmada (2-1-2), dördünü konkisürmədə (2-1-1), bir bürünc medal kerlinqdə, bir qızıl fristaylda, bir gümüş medal isə ikinövlü xizəksürmədə qazanıblar.

Onlar ABŞ millisinin 2010-cu ildə Vankuverdə göstərdiyi (37 medal) nəticəni üstələyərək tarixi rekorda imza atıblar.
25-02-2018, 10:00
Вернуться назад