DataLife Engine / Futzal çempionatında transfer dönəminin vaxtı uzadılıb

Futzal çempionatında transfer dönəminin vaxtı uzadılıb

Futzal üzrə Yüksək Liqada transfer pəncərəsinin vaxtı uzadılıb.

"Report"a istinadən xəbər veririk ki,Federasiyadan verilən məlumata görə, komandalar oyunçuların qeydiyyatını əvvəlcədən qeyd edildiyi kimi, sentyabrın 22-dək deyil, oktyabrın 10-dək həyata keçirə bilər.

Qeyd edək ki, Yüksək Liqada 2021-2022-ci il mövsümü üçün transfer dönəmi iyulun 5-də açılıb.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID-19 pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilərlər.
2-09-2021, 14:44
Вернуться назад