DataLife Engine / Heydər Əliyev Mərkəzi üzərində AVRO-2020 iştirakçılarınin görüntüləri nümayiş etdirilib

Heydər Əliyev Mərkəzi üzərində AVRO-2020 iştirakçılarınin görüntüləri nümayiş etdirilib

AVRO-2020-nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir.

AFFA-ya istinadən xəbər verir ki, iyunun 12-də axşam saatlarında Heydər Əliyev Mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə Avro-2020-nin A qrupunun Bakı Olimpiya Sradionunda (BOS) təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

Xatırladaq ki, Avro-2020-nin A qrupu çərçivəsində ilk oyun Uels və İsveçrə milli komandaları arasında keçirilib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

BOS-da növbəti oyun iyunun 16-da olacaq. Saat 20:00-da Türkiyə və Uels milli komandaları qarşılaşacaq.
13-06-2021, 16:16
Вернуться назад