DataLife Engine / “Barselona”nın qapıçısı AVRO-2020-də iştirak etməyəcək

“Barselona”nın qapıçısı AVRO-2020-də iştirak etməyəcək

Almaniya millisi və “Barselona” klubunun qapıçısı Mark Andre ter Ştegen builki Avropa Çempionatını buraxacaq.

Sports.ru xəbər verir ki, buna səbəb futbolçunun dizindəki zədəsidir.

“Klubun tibbi heyətilə birlikdə qərara gəldim ki, dizimdəki zədə ilə bağlı əlavə cərrahi müdaxiləyə ehtiyac var. Avro-2020-ni buraxacağım və Almaniya yığması ilə birlikdə ola bilməyəcəyim üçün təəssüf edirəm”, -deyə qapıçı bəyan edib.

O, bildirib ki, ilk dəfə evdən azarkeşlik edəcək.

“Ümid edirəm ki, biz qalib gələcəyik”, -deyə Ter Ştegen əlavə edib.
18-05-2021, 12:51
Вернуться назад