DataLife Engine / “Real” oyunçusunu “Çelsi”yə qarşı Londonda oynamasına görə 20 min avro xərcləyəcək

“Real” oyunçusunu “Çelsi”yə qarşı Londonda oynamasına görə 20 min avro xərcləyəcək

Madrid “Real”ının braziliyalı müdafiəçisi Marselo İspaniya paytaxtında keçiriləcək yerli seçkilərə nəzarət edəcək komissiyanın üzvlərindən biri olacaq.

Bu barədə “Matchtv” məlumat yayıb.

Məhz bu səbəbdən o, Çempionlar Liqasının yarımfinalında “Çelsi” ilə oynanılacaq səfər matçına yollanmayıb.

Lakin buna baxmayaraq “Kral Klubu”nun rəhbərliyi 32 yaşlı futbolçunun vacib oyunda iştirakını təmin edəcəyini açıqlayıb.

Qeyd olunur ki, səsvermə günü braziliyalı fərdi məşq keçəcək və may ayının 5-də komandasına qoşulmaq üçün xüsusi təyyarə ilə Londona uçacaq.

Bildirilir ki, bu təyyarə reysi “Real” a təxminən 20 min avroya başa gələcək.
2-05-2021, 00:19
Вернуться назад