DataLife Engine / Teymur Rəcəbovdan “Opera Euro Rapid”in yarımfinal mərhələsində uğursuz start

Teymur Rəcəbovdan “Opera Euro Rapid”in yarımfinal mərhələsində uğursuz start

“Champions Chess Tour” çərçivəsində keçirilən “Opera Euro Rapid” turnirində yarımfinal mərhələsinə start verilib.

Turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov da bu gün ilk oyununu keçirib.

Qrossmeysterimiz ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.

Mərhələ Rəcəbov üçün uğursuz başlayıb.

Belə ki, dörd partiyadan ibarət qarşılaşmanın ilk raundunda qara fiqurlarla uduzan Rəcəbov növbəti oyunda ağ fiqurlarla tarazlığı bərpa edib.

Üçüncü partiya da həmyerlimizin məğlubiyyəti ilə başa çatıb. Sonuncu oyun isə heç-heçə başa çatdığından, Rəcəbov ümumi hesabda uduzub - 1,5:2,5.

Digər yarımfinal qarşılaşmasında isə norveçli dünya çempionu Maqnus Karlsen fransalı Maksim Vaşe-Laqravı 2,5:0,5 hesabı ilə məğlub edərək üstünlük qazanıb.

Cütlüklər sabah cavab qarşılaşmalarına çıxacaqlar.
12-02-2021, 00:18
Вернуться назад