DataLife Engine / “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi yenə “Şerif” oldu

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi yenə “Şerif” oldu

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gəlib.

Bu, I mərhələnin “Şerif” (Moldova) – “Fola” (Lükemburq) görüşündən sonra baş verib.

Sözügedən oyunda öz meydanında 2:0 hesablı qələbə qazanan moldovalılar təmsilçimizin növbəti rəqibi olmaq şansını yaxalayıb.
Meydan sahiblərinin heyətində Abanq və Lukiç fərqlənib.

Bununla da “Şerif” 3-cü dəfə "Qarabağ"la avrokuboklarda görüşəcək. Əvvəlki iki duel ardıcıl iki mövsüm - 2017/18 və 2018/19-da olub.

Ağdam təmsilçisi Moldova klubu ilə ilk dueli zamanı evdə qolsuz heç-heçəyə razılaşsa da, səfərdə 2:1 hesablı qələbə sayəsində ÇL-də ilk dəfə pley-offa yüksəlmişdi.

Bundan bir il sonra komandalar Avropa Liqasının pley-off mərhələsində rəqib olmuşdular. Tiraspolda 0:1 hesabıyla uduzan Qurban Qurbanovun komandası evdə bunun əvəzini böyükhesablı qələbəylə (3:0) çıxaraq Avroliqanın qrupuna düşmüşdü.

Qeyd edək ki, “Qarabağ”la "Şerif" avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. Bu oyuna saat 20:00-da start veriləcək.
20-08-2020, 02:48
Вернуться назад