DataLife Engine / İbrahimoviç “Milan”ın heyətində 100-cü oyununa çıxıb

İbrahimoviç “Milan”ın heyətində 100-cü oyununa çıxıb

“Milan”ın hücumçusu Zlatan İbrahimoviç üçün “Parma” ilə oyun xüsusi olub.

Eurosport.ru xəbər verir ki, təcrübəli ulduz bu gün “Milan”ın heyətində 100-cü oyununa çıxıb.
Yubiley matçı “Milan” üçün uğurlu olub. Belə ki, “rossonyerlər” rəqiblərini 3:1 hesabı ilə məğlub edə biliblər.

Qeyd edək ki, İbrahimoviç 2010-2012-ci illərdə italyan klubunun şərəfini qoruyub. Onun kluba qayıdışı isə bu ilin yanvarında baş tutub.
16-07-2020, 02:08
Вернуться назад