AFFA-nın baş katibi Elxan Məmmədov son günlər müzakirə mövzusuna çevrilmiş və “Arsenal”ın narazılığına səbəb olmuş bilet limitinin hər komanda üçün 10 min ədəd artırılacağını bildirib. Bu barədə Britaniyanın Daily Mail nəşrinə müsahibə verən Elxan Məmmədov qeyd edib ki, Avropa Liqasının finalçılarının hər birinə əlavə 10 min bilet ayrılacaq. Xəbər verdiyimiz kimi UEFA “Arsenal” azarkeşlərinə 6 min bilet ayırdığı üçün bu komandanın narazılığına səbəb olub. O bildirib ki, hər iki klub öz azarkeşləri üçün əlavə çarter reysləri təşkil edə bilər. Elxan Məmmədov komandaların azarkeşlərini ticketing@baku2019.az və asif.aliyev@baku2019.az. elektron ünvanlarından bilet almağa dəvət edib. “UEFA-nın qərarı belədir ki, əgər klub çarter reysi və biletlərin sayı barədə ətraflı məlumat verirsə, UEFA bunu təmin edir.UEFA meydanda boş yer qalmasın deyə lazım olandan artıq bilet vermir. Bu barədə klublara məlumat verilib. Mənə qəribə gəlir ki, çarter reysləri hələ də təşkil edilməyib. Biz 4000 kilometr uzaqda yerləşirik. Çarter reyslərinin təşkili daha məqsəduyğundur. UEFA klublarla əlaqə saxlayır və biletlə təmin edir. Bəli biz reyslər təşkil edə bilərdik, lakin finalçılar mayın 9-da məlum oldu. Bu qısa bir zamandır. Adətən belə hallarda klublar özləri turagentlərlə işləyirlər. Bu dəfə London klubları bunu etməyiblər”. Elxan Məmmədov bildirib ki, cümə gününə olan məlumata görə, dünya üzrə 25 min bilet satılıb, daha 10 min bilet Bakıda offlayn rejimdə satılıb: “Futbol artıq Avropa ölkələrinin sərhədlərini aşır. Aparıcı futbol ölkələri həmişə futbolun sərhədlərini genişləndirməyə çalışırlar.Bu yeni imkanlar deməkdir.Azərbaycan futbol üşün ən yeni imkanlardan biridir. Biz və qonşu ölkələr bu kimi tədbirlərə ev sahibliyi etməyə hazırıq və buna haqqımız var. Bu gün biz futbol dünyasına töhfə verməyə qadirik. Hər bu kimi tədbir dünyaya yalnız pozitiv bəxş edə bilər”.Arsenal” və “Çelsi” klublarının hər birinə əlavə 10 min bilet veriləcək

Son xəbərlər

G7 ölkələrindən Azərbaycan və Ermənistana çağırış

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Ukraynada səfərbərlik gücləndirilir

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - FOTO

İtaliya Tehrandakı konsulluğunu bağladı

Almaniya səfirliyinin əməkdaşlarının ailələri təcili şəkildə İranı tərk edirlər

Britaniya Ukraynaya dronları məhv edən döyüş lazeri verəcək

Moskva Avstriya səfirliyinin əməkdaşını arzuolunmaz şəxs elan etdi, vaxt qoydu

Gürcüstanda keçmiş baş nazir üçün istintaq komissiyası yaradıla bilər

İlham Əliyev Qəbələdə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTO

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib - FOTO

Antiterror tədbirləri zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti vəfat edib

ABŞ Brüsseldə Ermənistana nələri vəd edib?

Prezident İlham Əliyev seneqallı həmkarına təbrik məktubu göndərib

Rusiya XİN: “KTMT-nin Ermənistana kömək etməməsi ilə bağlı bəyanatlar yalandır”

Azərbaycanla Rumıniya arasında qida təhlükəsizliyində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalanıb

Xocalıda qətlə yetirilənlərin öldürülmə şəraiti açıqlanıb

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO

CAR prezidenti İlham Əliyevi təbrik etdi

Modest Kolerov: “Ermənistan artıq Rusiya üçün maraqlı deyil”

Hikmət Hacıyev: “Çinli tərəfdaşlarla birgə iş ölkəmizin texnoloji inkişafına kömək edir”

Ermənistanda polis bölməsinə hücumun iştirakçıları bəlli oldu

Rusiyadakı Azərbaycan səfirliyinə “Crocus City Hall”dakı terror aktı ilə bağlı müraciət edilib?

Türkiyənin vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Ceyhun Bayramov Nüvə Enerji Sammitində çıxış edib - YENİLƏNİB + FOTO

ABŞ vətəndaşlarını Haitidən təxliyə edir

Hikmət Hacıyev: “BMT-nin yenilənmiş xəritəsi yeni reallıqların ən yaxşı təsviridir” - FOTO

Zaxarova: “Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir”

Moldova XİN Rusiya səfirinə nota verdi

Paşinyan Azərbaycanla şərti sərhəddə yaşayan ermənilərə Bakının tələblərini çatdırdı

Tramp Putinlə münasibətindən danışıb

NATO baş katibinin Azərbaycana səfəri başlayıb - FOTO

Bütün xəbərlər