Bilbao AVRO-2020-dən imtina etdi » İnterxəbər.Az
interxeber.az » İdman » Bilbao AVRO-2020-dən imtina etdi


Bilbao AVRO-2020-dən imtina etdi

22-04-2021, 10:40
Oxunub: 383
Çap et
İspaniyanın Bilbao şəhəri AVRO-2020 matçlarını qəbul etmək fikrindən daşınıb.

“Sortbox” portalının məlumatına görə, şəhər hakimiyyəti UEFA-nın pandemiyaya baxmayaraq, stadionlara tamaşaçıları buraxmaq tələbini yerinə yetirməkdən imtina etdiyini və futbol üzrə Avropa çempionatı oyunlarını qəbul etməcəyini açıqlayıb.

Bilbao ilə yanaşı, Münxen və Dublin də azarkeşlərlə bağlı tələbi yerinə yetirə bilməyəcəklərini qeyd edib, lakin hələ ki turnirdən imtina etməyib. UEFA-nın sabah keçiriləcək iclasında bu şəhərlərin AVRO-2020 matçlarını keçirmək hüququndan məhrum edilməsi gözlənilir.

Xatırladaq ki, futbol üzrə növbəti Avropa çempionatı 12 şəhərdə, o cümlədən də Bakıda keçirilməli idi. Azərbaycan AVRO-2020 matçlarında stadionun yarıyadək tamaşaçılarla dolması ilə bağlı UEFA-ya təminat verib.
Reytinq: