Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü - FOTO » İnterxəbər.Az
interxeber.az » İdman » Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü - FOTO


Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü - FOTO

4-04-2021, 00:41
Oxunub: 181
Çap et
Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2 800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.

FİDE-nin məlumatına görə, 13 nəfərlik siyahıda Şəhriyar Məmmədyarov (2820) yer alıb.

Bu şahmatçılardan yalnız 5-nin - Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.

Digər tərəfdən, 13 nəfərin 5-i - Karlsen, Kasparov, Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Topalov (Bolqarıstan) dünya çempionluğunu qazanıb.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədyarov “Tarixin bir hissəsi olmaq özəldir!” yazıb.
Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü - FOTO
Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü - FOTO
Reytinq: