Turan Bayramov erməni idmançıya qalib gəlib bürünc medal qazandı » İnterxəbər.Az
interxeber.az » İdman » Turan Bayramov erməni idmançıya qalib gəlib bürünc medal qazandı


Turan Bayramov erməni idmançıya qalib gəlib bürünc medal qazandı

28-02-2021, 00:13
Oxunub: 183
Çap et
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda bürünc medal görüşünə çıxıb.

“Report”un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı Ukrayna təmsilçisi Erik Aruşanyanla üz-üzə gəlib.

Erməni əsilli rəqibini 3:0 hesabı ilə məğlub edən Bayramov bürünc medal qazanıb.

Qeyd edək ki, Turan Bayramov 1/16 finalda meydan sahiblərinin digər erməni əsilli güləşçisi Qor Ohannesyana qalib gəlib.
Reytinq: